logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Video İsrailin Livana zərbə endirməsindən sonra çəkilməyib

Saxta xəbər: Video İsrailin Livana zərbə endirməsindən sonra çəkilməyib

Xəbərin qısa icmalı

- Azərbaycanda bir sıra xəbər saytları və sosial şəbəkə hesablarında İsrailin zərbələrindən sonra Livanda çəkildiyi iddia edilən görüntülər paylaşılıb. Video “Sputnik Azərbaycan”, “Faktlarla  - Operativ xəbərlər” (48 mindən çox izləyici), “isayevious” (32 mindən çox izləyici), “axar.az” saytı və teleqram kanallarında paylaşılıb.

-Ancaq video yeni deyil. Həmin görüntülər bundan əvvəl sentyabrın 12-də sosial şəbəkədə paylaşılıb və Beyrutda yerləşən zibil poliqonunda çıxan yanğına aid olduğu bildirilib.

İsrail ordusu 2024-cü il sentyabr ayının 19-da Livanın cənubuna havadan zərbələr endirib. İsrail Müdafiə Qüvvələri döyüş təyyarələrinin Hizbullah qruplaşmasına məxsus 100-dən çox reaktiv yaylım atəşi sistemini və silah anbarının vurulduğunu açıqlayıb.

Zərbələrdən sonra Azərbaycanda bir sıra xəbər saytları və sosial şəbəkə hesablarında İsrailin zərbələrindən sonra Livanda çəkildiyi iddia edilən görüntülər paylaşılıb. Video “Sputnik Azərbaycan”, “Faktlarla  - Operativ xəbərlər” (48 mindən çox izləyici), “isayevious” (32 mindən çox izləyici), “axar.az” saytı və teleqram kanallarında paylaşılıb.

 

A screenshot of a video chat

Description automatically generated

Skrinşot “Sputnik Azərbaycan” teleqram kanalından götürülüb

 

A screenshot of a video chat

Description automatically generated

Skrinşot “isayevious” teleqram kanalından götürülüb

“FaktYoxla” xəbərin saxta olub-olmadığını yoxlayıb.

Təqdim edilən videoda güclü alovun havaya qalxdığı görünür. Ancaq video yeni deyil. Həmin görüntülər bundan əvvəl sentyabrın 12-də sosial şəbəkədə paylaşılıb və Beyrutda yerləşən zibil poliqonunda çıxan yanğına aid olduğu bildirilib.
 

A screenshot of a video

Description automatically generated

Skrinşot “Elsiyasa” adlı “X” hesabından götürülüb.

Həmin vaxt mətbuatda yayılan məlumata görə, Livanın paytaxtı Beyrut şəhərində yerləşən “Bourj Hammoud-Dora” poliqonunda yanğın çıxıb və ərazini qatı tüstü bürüyüb.

“Al Mashhad” kanalının sosial media hesabında yanğın baş verən ərazidən başqa görüntülər də paylaşılıb.

A screenshot of a phone

Description automatically generated

Skrinşot “Al Mashhad” kanalının “X” hesabından götürülüb.

“FaktYoxla”nın gəldiyi qənaətə görə, görüntülərin İsrailin Livana endirdiyi zərbələrdən sonra çəkilməsi barədə xəbərlər saxtadır.

Saxta
  • 26 Sentyabr, 2024
  • 201

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə