logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Texasda hərbi səfərbərlik elan edildiyi iddia edilən görüntülər

Saxta xəbər: Texasda hərbi səfərbərlik elan edildiyi iddia edilən görüntülər

Xəbərin qısa icmalı

- Yanvarın 26-da “axar.az”, “Alioglu”, “Caucasian Live”, “Carçı”, “Elçin Əfəndi” teleqram kanallarında Texasda sərhədləri qorumaq üçün səfərbərlik elan edildiyini iddia edən görüntülər paylaşılıb. 

- Görüntülər Texasda çəkilsə də, yeni deyil. Video ötən ilin may ayında “Foxnews” telekanalının müxbirinin “X” hesabında paylaşılıb. 

Yanvarın 22-də ABŞ Ali Məhkəməsinin Texas ştatı ilə Meksika arasındakı sərhəddə quraşdırılan tikanlı məftillərin sökülməsinə razılıq verməsi mərkəzi hakimiyyət ilə ştat rəsmiləri arasında münasibətləri daha da gərginləşdirib. Texas qubernatoru Qreq Abbot qərarla razılaşmadığını və ştatı müdafiə etməyə davam edəcəyini bildirib.

Bundan sonra yanvarın 26-da “axar.az”, “Alioglu”, “Caucasian Live”, “Carçı”, “Elçin Əfəndi” teleqram kanallarında Texasda sərhədləri qorumaq üçün səfərbərlik elan edildiyini iddia edən görüntülər paylaşılıb. 

Skrinşot “axar.az” saytının Telegram kanalından götürülüb

Sözügedən video “Facebook""Instagram"da da yayılıb.

Skrinşot “Ədalət Verdiyev” adlı istifadəçinin “Facebook” səhifəsindən götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Videoda bir qrup hərbçinin sıra ilə hərəkət etdiyi görünür. Görüntülər Texasda çəkilsə də, yeni deyil. Video ötən ilin may ayında “Foxnews” telekanalının müxbirinin “X” hesabında paylaşılıb. 

Skrinşot Bill Meluginin “X” hesabından götürülüb

O qeyd edib ki, Texas Milli Qvardiyasının çevik reaksiya qüvvəsi miqrantların sərhədi qanunsuz keçdiyi Braunsvil bölgəsinə gəlib. Həmin vaxt mətbuatda yayılan xəbərlərə görə, miqrantlar bu bölgədə Meksikadan ABŞ-a daxil olmağa cəhd edib. Bundan başqa Texas ştatında səfərbərliyin elan edilməsi ilə bağlı heç bir rəsmi xəbər yayılmayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Texasda səfərbərliyin elan edilməsi ilə bağlı xəbərlər və görüntülərin yeni olması barədə iddialar saxtadır.

Saxta
  • 30 Yanvar, 2024
  • 192

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə