logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: “Rubymar” yük gəmisinə hücuma aid olduğu iddia edilən görüntülər

Saxta xəbər: “Rubymar” yük gəmisinə hücuma aid olduğu iddia edilən görüntülər

Xəbərin qısa icmalı

axar.az” saytının 26 mindən çox izləyicisi olan teleqram kanlında “Rubymar” gəmisinə hücuma aid olduğu iddia edilən video paylaşılıb. 

- Təqdim edilən görüntülər “Rubymar” gəmisinin vurulmasına aid deyil. Video daha əvvəl 2015-ci ildə yutubda paylaşılıb. Videonun 2013-cü ildə Oman sahilində batan “MV Atlantik Confidence” gəmisinə aid olduğu bildirilir.

Fevralın 19-da Qırmızı dənizdə husilər “Rubymar” yük gəmisinə raket zərbələri endiriblər. Məlumatı ABŞ Mərkəzi Komandanlığı da təsdiq edib. Zərbələrin endirilməsindən sonra “axar.az” saytının 26 mindən çox izləyicisi olan teleqram kanlında “Rubymar” gəmisinə hücuma aid olduğu iddia edilən video paylaşılıb. 

Skrinşot “axar.az” saytının teleqram kanalından götürülüb

Həmin video “Alioglu” kanalında da yerləşdirilib.

“Fakt Yoxla” görüntülərin doğru olub-olmadığını yoxlayıb.

Haqqında danışılan gəmi Beliz bayrağı altında üzür və həqiqətən də Ədən körfəzində, Bab əl-Məndəb boğazı yaxınlığında hücuma məruz qalıb, ekipaj gəmini tərk edib. Ancaq təqdim edilən görüntülər “Rubymar” gəmisinin vurulmasına aid deyil. Video daha əvvəl 2015-ci ildə yutubda paylaşılıb. Videonun 2013-cü ildə Oman sahilində batan “MV Atlantik Confidence” gəmisinə aid olduğu bildirilir.

Skrinşot “Maksym balyuk” yutub kanalından götürülüb

Gəminin batması ilə bağlı türkdilli saytlarda dərc edilən xəbərlərdə də sözügedən videodan kadrlar yer alıb.

Skrinşot “denizhaber.net” saytından götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, “Rubymar” yük gəmisinin batmasını göstərdiyi iddia edilən görüntülər saxtadır.

Saxta xəbər
  • 23 Fevral, 2024
  • 1745

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə