logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Qətər bütün dünyaya qaz ixracını dayandıracağını deyib

Saxta xəbər: Qətər bütün dünyaya qaz ixracını dayandıracağını deyib

Xəbərin qısa icmalı

İsrailin Qəzzaya hücumlarını davam etdirəcəyi təqdirdə Qətərin bütün dünyaya qaz ixracını dayandıracağı ilə bağlı bəyanat mediada yer alıb. 

Axtarış apararkən Qətər əmirinin İsrail-Fələstin münaqişəsi ilə bağlı 2017-ci ildə keçirilən 17-ci Doha Forumunda qlobal miqrant problemləri ilə bağlı çıxışı yer alır. Al Tani bu çıxışında münaqişə ilə bağlı narahatlığını ifadə edərək, Fələstindən didərgin salınan miqrantlardan söz edib. Bu çıxışda belə, qaz və ya başqa bir enerji təchizatının dayandırılması ilə bağlı açıqlama yer almır.

- Eyni zamanda “Google”da müxtəlif açar sözlərlə axtarış edərkən sözügedən xəbərlərdə yer alan iddia ilə bağlı heç bir məlumata rast gəlinmir.

Mediada oktyabrın 7-dən etibarən İsrail və Fələstin arasında başlayan münaqişə ilə bağlı dünya liderlərinin müxtəlif yanaşmaları öz əksini tapıb. Bunlardan biri də İsrailin Qəzzaya hücumlarını davam etdirəcəyi təqdirdə Qətərin bütün dünyaya qaz ixracını dayandıracağı ilə bağlı bəyanatıdır. 

“Publika.az”, “Aqreqator.az”, “Buta.ws”, “Sonxeber.az”, “Bakivaxti.az”, “Timer.az” kimi internet saytlarında xəbər yer alan xəbərlərdə Qətər əmiri Təmim bin Həməd Al Taninin Qəzzanın bombalanması dayanmasa, dünyanın qaz təchizatını dayandıracağı fikirləri öz əksini tapır.

Skrinşot “Publika.az”ın saytından götürülüb.

Skrinşot “Sonxeber.az”ın saytından götürülüb.

Skrinşot “Buta.ws”in saytından götürülüb.

Skrinşot “Bakivaxti.az”ın saytından götürülüb.

Skrinşot “Timer.az”ın saytından götürülüb.

Skrinşot “Aqreqator.az”ın saytından götürülüb.

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb.

Axtarış apararkən Qətər əmirinin İsrail-Fələstin münaqişəsi ilə bağlı 2017-ci ildə keçirilən 17-ci Doha Forumunda qlobal miqrant problemləri ilə bağlı çıxışı yer alır. 

Skrinşot “Doha Forum”un “Youtube” kanalından götürülüb.

Al Tani bu çıxışında münaqişə ilə bağlı narahatlığını ifadə edərək, Fələstindən didərgin salınan miqrantlardan söz edib. Bu çıxışda belə, qaz və ya başqa bir enerji təchizatının dayandırılması ilə bağlı açıqlama yer almır.

Eyni zamanda “Google”da müxtəlif açar sözlərlə axtarış edərkən sözügedən xəbərlərdə yer alan iddia ilə bağlı heç bir məlumata rast gəlinmir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, bu xəbər saxtadır.

Saxta
  • 31 Oktyabr, 2023
  • 532

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə