logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Putinin bu görüntüləri yenidir

Saxta xəbər: Putinin bu görüntüləri yenidir

Xəbərin qısa icmalı

Fevralın 4-də “musavat.com”, “olke.az”, “konkret.az”, “referans.az” və digər saytlarda Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq tədbirlərin birində çəkilən görüntüləri paylaşılıb. Xəbərlərdə iddia edilir ki, görüntülər yenidir. “O, beynəlxalq tədbirlərin birində İsrailin Baş naziri Benyamin Netanyahuya hörmətsizlik edib. Belə ki, bir neçə dövlət başçısı ilə əl sıxaraq görüşən Putin Netanyahunu görməzdən gəlib”, - “musavat.com” belə yazır.

Videoda Putinin Netanyahunun yanından keçərək Fransa Prezidenti Emmanuel Makron və digər şəxslərlə salamlaşdığı görünür. Ancaq görüntülər yeni deyil. Video 23 yanvar 2020-ci ildə AFP xəbər agentliyinin yutub kanalına yerləşdirilib.

Fevralın 4-də “musavat.com”, “olke.az”, “konkret.az”, “referans.az” və digər saytlarda Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq tədbirlərin birində çəkilən görüntüləri paylaşılıb. Xəbərlərdə iddia edilir ki, görüntülər yenidir.

Skrinşot “musavat.com” saytından götürülüb

“O, beynəlxalq tədbirlərin birində İsrailin Baş naziri Benyamin Netanyahuya hörmətsizlik edib. Belə ki, bir neçə dövlət başçısı ilə əl sıxaraq görüşən Putin Netanyahunu görməzdən gəlib”, - “musavat.com” belə yazır.

Video “Kanal 13” yutub kanalında, “baku.ws_official” instaqram səhifəsində, eləcə də feysbukda paylaşılıb.

Skrinşot “baku.ws_official” instaqram səhifəsindən götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Videoda Putinin Netanyahunun yanından keçərək Fransa Prezidenti Emmanuel Makron və digər şəxslərlə salamlaşdığı görünür. Ancaq görüntülər yeni deyil. Video 23 yanvar 2020-ci ildə AFP xəbər agentliyinin yutub kanalına yerləşdirilib.

Skrinşot AFP xəbər agentliyinin yutub kanalından götürülüb

Həmin vaxtda İsraildə Beşinci Ümumdünya Holokost Forumu keçirilib və Putin də həmin tədbirdə iştirak edib. Həmçinin, tədbir çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə görüşüb. Onlar birlikdə Memorial Şam abidəsinin açılışını edib.

Skrinşot “Times of Israel” nəşrinin saytından götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, videonun yeni olması ilə bağlı xəbərlər saxtadır.

Saxta
  • 9 Fevral, 2024
  • 254

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə