Mayın 3-də “xeber_azerbaycan” instaqram səhifəsi İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində mahnı dinləyərkən ağladığını iddia edən görüntülər paylaşıb. Post 140 mindən çox izlənilib və 5 mindən çox bəyənilib.
Skrinşot “xeber_azerbaycan” İnstaqram səhifəsindən götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Araşdırma zamanı məlum olub ki, bu görüntülər 2024-ci ilin dekabrında "Ailə, Gələcək və Daimi Bağlar" konfransı zamanı qeydə alınıb. İran prezidenti Məsud Pezeşkian çıxış etdiyi zaman ekranda vəfat etmiş həyat yoldaşının şəklini görərkən kövrəlib nitqini dayandırır.
Skrinşot “haberler.com” saytından götürülüb
Həmçinin, sözügedən kadrlar müxtəlif İran və Azərbaycan mediaları tərəfindən də dekabrın 18-də paylaşılıb.
Skrinşot “tabnak.ir” xəbər saytından götürülüb
Skrinşot “AzPolitika” teleqram kanalından götürülüb
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın həyat yoldaşı 1994-cü ildə övladı ilə birlikdə avtomobil qəzasında vəfat edib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Məsud Pezeşkianın Azərbaycan dilində mahnı dinləyərkən ağladığını iddia edən görüntülər saxtadır.