logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Makron sərgidə fermerlərdən qaçıb

Saxta xəbər: Makron sərgidə fermerlərdən qaçıb

Xəbərin qısa icmalı

Fevralın 24-də Parisdə keçirilən kənd təsərrüfatı sərgisində fermerlərlə polis arasında toqquşma yaşanıb. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronu istefaya çağırıb. Hadisədən sonra “axar.az” saytında fermerlərin etirazı ilə qarşılaşdığı iddia edilən Makronun fotosu paylaşılıb. 

Ancaq dərc edilən foto yeni deyil və 2023-cü ildə  Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində çəkilib

“Makron salondan elə qaçaraq çıxıb ki, hətta çaşmış cangüdənləri ona çatmaqda çətinlik çəkib. Onun qaçış görüntüləri dünya mediasının gündəminə çevrilib”, - xəbərdə belə deyilir.

Skrinşot “axar.az” saytından götürülüb

Eyni xəbər “globalinfo.az”, “turkustan.az”, “buta.tv” saytlarında da dərc edilib. Foto 35 minə yaxın izləyicisi olan “oxu.az”, “isayevios”, “axar.az”, “Sputnik Azərbaycan”, “CaucasianLive” və 22 mindən çox izləyicisi olan “Adam Haklı” teleqram kanallarında, eləcə də feysbuk instaqramda paylaşılıb.

Skrinşot “Sputnik Azərbaycan” teleqram kanalından götürülüb

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Fransa Prezidenti Makron 24 fevral 2024-cü ildə sərgi zamanı bəzi fermerlərlə görüşüb. O, 13 saat sərgidə olub və fermerlərin zorakılıqdan istifadə etməsinin “gülünc” olduğunu bildirib.

Ancaq dərc edilən foto yeni deyil və 2023-cü ildə Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində çəkilib

Skrinşot “Getty Images”dən götürülüb.

Fotonun müəllifi bildirir ki, Makron sərgi iştirakçılarını salamlamaq üçün qaçır. Həmin sərgidən çəkilən videoların birində görünür ki, Makron açıqlamadan sonra uzaqdan onu çağıran insanlara doğru sürətlə hərəkət edir. (15:33)

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Makronun fermerlərdən qaçdığı iddia edilən xəbərlər saxtadır.

Saxta xəbər
  • 29 Fevral, 2024
  • 1946

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə