logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta Xəbər: İsrail ordusuna məxsus “Merkava” tankı Hizbullah tərəfindən məhv edilib

Saxta Xəbər: İsrail ordusuna məxsus “Merkava” tankı Hizbullah tərəfindən məhv edilib

Xəbərin qısa icmalı

Telegram sosial şəbəkəsində fəaliyyət göstərən “Hərbi-Siyasi Baxış – HSB” kanalı və IRNA saytının Azərbaycan dilli bölməsi görüntülərin İsrailə məxsus “Merkava” tankının Hizbullah tərəfindən partladıldığını göstərdiyini iddia edib.

- Lakin paylaşılan görüntülər İsrailin Livana hücumuna aid deyil. Video-görüntü ilk dəfə 2023-cü il 9 oktyabrda Ukrayna sosial şəbəkə hesablarından paylaşıldığı məlum olur

- Məlumata görə, görüntülər Donetsk ərazisində Makiivka kəndi yaxınlığında Ukrayna müdafiə xəttini keçməyə çalışan Rusiyanın tank qüvvələrinə aiddir.

Telegram sosial şəbəkəsində fəaliyyət göstərən “Hərbi-Siyasi Baxış – HSB” kanalı və IRNA saytının Azərbaycan dilli bölməsi aşağıdakı görüntülərin İsrailə məxsus “Merkava” tankının Hizbullah tərəfindən partladıldığını göstərdiyini iddia edib.
 

Skrinşot “Hərbi-Siyasi Baxış – HSB” kanalından götürülüb

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2023-cü ilin oktyabrın 8-dən başlayan qarşıdurma fonunda İsrail bu ilin oktyabrın 1-dən Livanın şimalında əməliyyatlara başlayıb. Əməliyyatlar 2000-dən çox livanlının ölümü, 1 milyondan çoxunun isə didərgin vəziyyətə düşməsinə yol açan intensiv hava bombardmanı ilə paralel davam edir. 

Hizbullah əməliyyatlar zamanı bir neçə İsrail tankını məhv etdiyini və hücuma keçən İsrail qüvvələrini geri püskürtdüyünü bildirib. İsrail rəsmi olaraq indiyə kimi Livanda 8 əsgərinin həlak olduğunu açıqlayıb.

Lakin paylaşılan görüntülər İsrailin Livana hücumuna aid deyil. Video-görüntü ilk dəfə 2023-cü il 9 oktyabrda Ukrayna sosial şəbəkə hesablarından paylaşıldığı məlum olur

Skrinşot X platformasında @ukrdefence hesabından götürülüb

Ukrayna tərəfindən verilən məlumatda Rusiyaya məxsus T-90MS tankının tank əleyhinə idarəolunan raketlə (TƏİR) məhv edildiyi bildirilir. Məlumata görə, görüntülər Donetsk ərazisində Makiivka kəndi yaxınlığında Ukrayna müdafiə xəttini keçməyə çalışan Rusiyanın tank qüvvələrinə aiddir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Hizbullah tərəfindən İsrailin “Merkava” tankının partladılması kimi təqdim olunan görüntülər saxtadır.

Saxta xəbər
  • 8 Oktyabr, 2024
  • 218

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə