logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Haşim Səfiəddin Hizbullahın yeni lideri olub

Saxta xəbər: Haşim Səfiəddin Hizbullahın yeni lideri olub

Xəbərin qısa icmalı

-globalinfo.az,” “azvision.az,” “axar.az” saytları Hizbullahın “yeni liderinin öldürülməsi” ilə bağlı xəbərlər yayıb. Daha öncə isə “gununxeberi.az,” “lent.az,” “report.az,” “senzor.az,” “axar.az,” “teleqraf.com” saytları onu Hizbullahın yeni baş katibi kimi təqdim etmişdilər.

- Həsən Nəsrullahın ölümündən sonra dünya mətbuatında Haşim Səfiəddinin Hizbullahın yeni lideri seçilməsinə dair iddialar yayılıb. Hizbullah isə yazılı bəyanatla bu iddiaları yalanlayaraq baş katib seçimi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

İsrail oktyabrın 3-ü gecə saatlarında Livanın paytaxtı Beyrutu intensiv bombardmana məruz qoyub. İsrail ordusu Hizbullahın icra şurasının sədri Haşim Səfiəddinin hədəfə alındığını bildirib. Haşim Səfiəddinin hədəfə alındığı hücumdan sonra “globalinfo.az,” “azvision.az,” “axar.az” saytları Hizbullahın “yeni liderinin öldürülməsi” ilə bağlı xəbərlər yayıb. Daha öncə isə “gununxeberi.az,” “lent.az,” “report.az,” “senzor.az,” “axar.az,” “teleqraf.com” saytları onu Hizbullahın yeni baş katibi kimi təqdim etmişdilər.

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb.

1992-ci ildən Hizbullahın baş katibi vəzifəsini daşıyan Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyrutu bombardmanı nəticəsində həlak olub. Ümumilikdə 300-ə yaxın şəxsin öldüyü hücum zamanı həyatını itirənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Qvardiyasının generalı Abbas Nilforuşan da olub. 

Həsən Nəsrullahın ölümündən sonra dünya mətbuatında Haşim Səfiəddinin Hizbullahın yeni lideri seçilməsinə dair iddialar yayılıb. Hizbullah isə yazılı bəyanatla bu iddiaları yalanlayaraq baş katib seçimi ilə bağlı müzakirələrin davam etdiyini bildirib. Bundan sonra Səfiəddin dünya mətbuatında Nəsrullahın “potensial varisi” olaraq göstərilməyə başlanıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Haşim Səfidəddinin Hizbullahın yeni lideri olması ilə bağlı xəbərlər saxtadır.

Saxta
  • 8 Oktyabr, 2024
  • 94

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə