logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Görüntülər Rusiyanın Dneprə sonuncu hücumuna aiddir

Saxta xəbər: Görüntülər Rusiyanın Dneprə sonuncu hücumuna aiddir

Xəbərin qısa icmalı

Noyabrın 21-də Ukraynanın Dnepr şəhəri Rusiyanın hücumundan sonra “globalinfo.az” saytında və teleqram kanalında, 16 mindən çox izləyicisi olan “Şəbəkə” adlı teleqram kanalında, 1.7 milyon izləyicisi olan “maraqli.tv” instaqram səhifəsində və digər sosial media hesablarında hücuma aid olduğu iddia edilən görüntülər yayılıb.

- Video Dnepr şəhərinə noyabrın 21-də edilən hücuma aid deyil. Həmin kadrlar daha əvvəl 2023-cü ilin avqustun 15-də “DISSKOTEKA” adlı yutub kanlında paylaşılıb. Kanal kadrların Dnepropetrovskdakı "Yujmaş" istehsalat kompleksinə raket hücumlarına aid olduğunu bildirib. 

Noyabrın 21-də Ukraynanın Dnepr şəhəri Rusiyanın hücumuna məruz qalıb. Ukrayna rəsmiləri hücumun qitələrarası ballistik raketlə həyata keçirildiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə hücumun “Oreşnik” adlı yeni ortamənzilli raketlə edildiyini qeyd edib.

Hücumdan sonra “globalinfo.az” saytında və teleqram kanalında, 16 mindən çox izləyicisi olan “Şəbəkə” adlı teleqram kanalında, 1.7 milyon izləyicisi olan “maraqli.tv” instaqram səhifəsində və digər sosial media hesablarında hücuma aid olduğu iddia edilən görüntülər yayılıb.

Skrinşot “globalinfo.az” saytından götürülüb

Skrinşot “maraqli.tv” instaqram səhifəsindən götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Paylaşılan video qaranlıq havada çəkilib və zərbələr nəticəsində baş verən bir neçə partlayış olduğu görünür. 

Ancaq video Dnepr şəhərinə noyabrın 21-də edilən hücuma aid deyil. Həmin kadrlar daha əvvəl 2023-cü ilin avqustun 15-də “DISSKOTEKA” adlı yutub kanlında paylaşılıb. Kanal kadrların Dnepropetrovskdakı "Yujmaş" istehsalat kompleksinə raket hücumlarına aid olduğunu bildirib. 

Skrinşot “DISSKOTEKA” adlı yutub kanlından götürülüb

Videonun ilk mənbəyi məlum deyil. Sözügedən tarixlərdə Rusiya mətbuatında gedən xəbərə görə, "Yujmaş" zavodu Rusiyanın "Kalibr" qanadlı raketləri ilə vurulub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin Rusiyanın Dneprə noyabrın 21-də etdiyi hücuma aid olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 29 Noyabr, 2024
  • 121

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə