logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Görüntülər Fransada keçirilən Fələstinə dəstək aksiyasındandır.

Saxta xəbər: Görüntülər Fransada keçirilən Fələstinə dəstək aksiyasındandır.

Xəbərin qısa icmalı

“AzadBaki.com”, “Azerbaycan Həqiqətləri”“Maide.az” “Feysbuk” səhifələri Fransada Fələstinə dəstək üçün keçirilən kütləvi aksiyadan götürüldüyünü iddia edən görüntülər dərc ediblər.

Videodan götürülən ekran görüntüsünu “Google”da axtardıqda videonun 2023-cü il, oktyabrın 6-da paylaşıldığı ortaya çıxır. 

Video San-Pauloda yerləşən "Allianz Parque” stadionunun yaxınlığında qeydə alınıb. Braziliyanın “Palmeiras” futbol klubu ilə Argentinanın “Boka Xuniors” klubu arasında oktyabrın 6-da oyun baş tutub. Palmeiras” azarkeşlərinin stadiona doğru axınını əks etdirən  videoya müxtəlif futbol səhifələrində də rast gəlmək mümkündür.

Fransada oktyabrın 22-də 30 min nəfərin iştirak etdiyi Fələstinə dəstək aksiyası keçirilsə də, iddialarda yer alan video köhnə tarixdə və Braziliyada qeydə alınıb. 

İsrail və HAMAS arasında davam edən münaqişə ilə bağlı dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək aksiyaları keçirilir. Fransanın paytaxtı Parisdə də oktyabrın 22-də 30 min nəfərin iştirak etdiyi dəstək aksiyası baş tutub.

Skrinşot “La Monde”nin saytından götürülüb.

Sözügedən aksiya münaqişə başladığı zamandan etibarən Fransada icazə verilən ilk mitinqdir. Sosial mediada aksiyadan olduğu iddia edilən görüntülər yayılıb.

“AzadBaki.com”, “Azerbaycan Həqiqətləri”“Maide.az” “Feysbuk” səhifələri Fransada Fələstinə dəstək üçün keçirilən kütləvi aksiyadan götürüldüyünü iddia edən görüntülər dərc ediblər.

Skrinşot “AzadBaki.com” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “Azerbaycan Həqiqətləri” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “Maide.az” “Feysbuk” səhifəsindən götürülüb.

“Fakt Yoxla” bu videonun sözügedən aksiyadan olub-olmadığını yoxlayıb.

Videodan götürülən ekran görüntüsünu “Google”da axtardıqda videonun 2023-cü il, oktyabrın 6-da paylaşıldığı ortaya çıxır. 

Skrinşot “X” sosial şəbəkəsindən götürülüb.

Video San-Pauloda yerləşən "Allianz Parque” stadionunun yaxınlığında qeydə alınıb. Braziliyanın “Palmeiras” futbol klubu ilə Argentinanın “Boka Xuniors” klubu arasında oktyabrın 6-da oyun baş tutub. Palmeiras” azarkeşlərinin stadiona doğru axınını əks etdirən  videoya müxtəlif futbol səhifələrində də rast gəlmək mümkündür.

Skrinşot “Bitbol” “İnstaqram” səhifəsindən götürülüb.

Fransada Fələstinə dəstək aksiyası keçirilsə də, iddialarda yer alan video köhnə tarixdə və Braziliyada qeydə alınıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, görüntülər saxtadır.

Saxta
  • 15 Noyabr, 2023
  • 117

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə