logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Bu üzük Həsən Nəsrullaha aiddir

Saxta xəbər: Bu üzük Həsən Nəsrullaha aiddir

Xəbərin qısa icmalı

Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahın ölümündən sonra “teleqraf.com”, “redaktor.az”, “axar.az”, “globalinfo.az”, “moderator.az”, “azertimes.az” kimi bir sıra medialarda Nəsrullahın meyitinin üzüyü ilə müəyyən edilməsi barədə xəbərlər yayılıb. 

Yayılan fotoda isə sınan üzük və kağız parçası görünür. Ancaq foto yeni deyil.Foto bundan əvvəl 2024-cü ilin yanvar ayının 5-də “X” sosial şəbəkəsində paylaşılıb. Paylaşımda üzüyün İraqda öldürülən “Əbu Təqva Qasım” ləqəbli Müştaq Cavad Kazım əl-Cəvariyə məxsus olduğu bildirilib. 

Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail ordusu tərəfindən həyata keçirilən hücum zamanı öldürülüb

Nəsrullahın ölümündən sonra “teleqraf.com”, “redaktor.az”, “axar.az”, “globalinfo.az”, “moderator.az”, “azertimes.az” kimi bir sıra medialarda Nəsrullahın meyitinin üzüyü ilə müəyyən edilməsi barədə xəbərlər yayılıb. 

Skrinşot “teleqraf.com” saytından götürülüb

Foto teleqram kanallarındafeysbuk səhifələrində də paylaşılıb.

Skrinşot “musavat.com” teleqram kanalından götürülüb.

“FaktYoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Həsən Nəsrullah İsrail tərəfindən Livanın paytaxtı Beyruta endirilən zərbə nəticəsində öldürülüb. Nəsrullahın ölümündən sonra mətbuatda onun həmin ərazidən cəsədinin tapıldığı barədə xəbərlər yayılıb. “Reuters” agentliyinə danışan mənbələr onun bədənində birbaşa yaraların olmadığını və ölümün səbəbinin partlayış dalğasının yaratdığı küt travma olduğunu bildiriblər.

Yayılan fotoda isə sınan üzük və kağız parçası görünür. Ancaq foto yeni deyil.

Foto bundan əvvəl 2024-cü ilin yanvar ayının 5-də “X” sosial şəbəkəsində paylaşılıb. Paylaşımda üzüyün İraqda öldürülən “Əbu Təqva Qasım” ləqəbli Müştaq Cavad Kazım əl-Cəvariyə məxsus olduğu bildirilib. 

Skrinşot “Muntazir AL_Sharae” adlı “X” hesabından götürülüb

Həmin tarixdən bir gün əvvəl ABŞ İraqa zərbələr endirib. ABŞ Müdafiə Departamentinin saytında bildirilib ki, İranın dəstəklədiyi "Hərəkat ən-Nucaba" qruplaşmasının lideri Müştaq Cavad Kazım əl-Cəvari zərbələr nəticəsində öldürülüb.

Yanvarın 6-da əl-Cəvariyə məxsus olduğu bildirilən üzüyün başqa fotosu da yayılıb.

Skrinşot “fadk_alamir93” adlı “X” hesabından götürülüb

“FaktYoxla”nın gəldiyi qənaətə görə, fotodakı üzüyün Həsən Nəsrullaha aid olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 3 Oktyabr, 2024
  • 340

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə