Yanvarın 22-də İctimai TV-nin “Youtube” kanalı video paylaşaraq iddia edib ki, görüntülər Rusiyanın Bryansk vilayətində baş verən partlayışdandır.
Skrinşot “İctimai TV”nin Youtube kanalından götürülüb
Eyni videonu 25 minə yaxın izləyici olan “axar.az”, 8 minə yaxın izləyici olan “Caucasian Live” adlı “Telegram” , həmçinin başqa "Youtube" kanallarında görmək mümkündür. Görüntülər həmin gün "Facebook"da da yayılıb.
Skrinşot “axar.az” saytının Telegram kanalından götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
İddia yanvarın 19-da Rusiyanın qərbindəki Bryansk vilayətində yerləşən neft çənlərində baş vermiş partlayışlardan bir neçə gün sonra irəli sürülüb. Partlayışa görə Rusiya rəsmisi Ukraynanı ittiham edib. Ancaq təqdim edilən görüntülər yeni deyil. Belə ki, həmin görüntülər daha əvvəl 2021-ci ilin yanvar ayında paylaşılıb. Həmin hadisənin Ufa şəhərində baş verdiyi bildirilir.
Skrinşot “Телеканал UTV” Youtube kanalından götürülüb
“Reuters” həmin vaxt yazıb ki, "Ufaorgsintez" neft emalı zavodunda baş verən yanğın nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin Bryanskda baş verən partlayışa aid olduğu iddia edilən xəbərlər saxtadır.