logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Bir gün əvvəl yaralanan qəzzalı ertəsi gün ayaqüstə video paylaşıb

Saxta xəbər: Bir gün əvvəl yaralanan qəzzalı ertəsi gün ayaqüstə video paylaşıb

Xəbərin qısa icmalı

Oktyabrın 27-də 20 minə yaxın izləyicisi olan “Alioglu” teleqram kanalı video paylaşaraq iddia edib ki, bir gün əvvəl xəstəxanaya yerləşdirildiyi barədə görüntülər yayan bloger ertəsi gün sağalıb.“Qəzzadan olan "qalmaqallı bloger" dünən İDF (İsrail Müdafiə Qüvvələri nəzərdə tutulur - red.) hücumları nəticəsində "ağır yaralandığını" iddia edərək xəstəxanaya yerləşdirildiyi videolarını yükləsə də, bu gün möcüzəvi şəkildə tamamilə sağalıb”, - paylaşımda belə deyilir.

- Görüntülərdən birindəki şəxs  toqquşma ilə bağlı Qəzzadan görüntülər paylaşan və instaqramda özünü musiqiçi kimi təqdim edən Saleh Əlcəfəravidir. O, həmin videonu oktyabrın 25-də paylaşıb. Digər videoda xəstə yatağında görünən şəxs isə Saleh Əlcəfəravi deyil. Videonun döyüşlərin başlamasından əvvəl, avqust ayında “TikTok”da paylaşıldığını görmək mümkündür. Beynəlxalq Həmrəylik Hərəkatı tərəfindən də fotosu paylaşılan şəxsin 16 yaşlı Məhəmməd Zendiq olduğu bildirilir. Zendiq iyulun 24-də İsrail ordusunun Nur Şəms qaçqın düşərgəsinə hücumu zamanı ayaqlarını itirib.

Oktyabrın 27-də 20 minə yaxın izləyicisi olan “Alioglu” teleqram kanalı video paylaşaraq iddia edib ki, bir gün əvvəl xəstəxanaya yerləşdirildiyi barədə görüntülər yayan bloger ertəsi gün sağalıb.

“Qəzzadan olan "qalmaqallı bloger" dünən İDF (İsrail Müdafiə Qüvvələri nəzərdə tutulur - red.) hücumları nəticəsində "ağır yaralandığını" iddia edərək xəstəxanaya yerləşdirildiyi videolarını yükləsə də, bu gün möcüzəvi şəkildə tamamilə sağalıb”, - paylaşımda belə deyilir.

Skrinşot “Alioglu” Teleqram kanalından götürülüb

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Görüntülərdə solda duran şəxs  toqquşma ilə bağlı Qəzzadan görüntülər paylaşan və instaqramda özünü musiqiçi kimi təqdim edən Saleh Əlcəfəravidir. O, həmin videonu oktyabrın 25-də paylaşıb. “Həyatımda ilk dəfə belə bir cinayətin şahidi oldum!! Gözümün qabağına 30-dan çox raket düşdü. Bütün bir ərazi məhv edildi”, -  paylaşımda bildirilir.

Skrinşot Saleh Əlcəfəravinin instaqram hesabından götürülüb

Ancaq sağdakı videoda görünən şəxs Saleh Əlcəfəravi deyil. Videonun döyüşlərin başlamasından əvvəl, avqust ayında “TikTok”da paylaşıldığını görmək mümkündür. 

Skrinşot “hamodahmdan1” adlı “TikTok” hesabından götürülüb

Beynəlxalq Həmrəylik Hərəkatı tərəfindən də fotosu paylaşılan şəxsin 16 yaşlı Məhəmməd Zendiq olduğu bildirilir

Foto Beynəlxalq Həmrəylik Hərəkatının saytından götürülüb

Məlumata görə, Zendiq iyulun 24-də İsrail ordusunun Nur Şəms qaçqın düşərgəsinə hücumu zamanı ayaqlarını itirib. “Hamode.zandek” adlı “TikTok” hesabında sözügedən şəxsin xəstəxanadan çıxdıqdan sonra çəkilən videoları paylaşılıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Qəzzada bir gün əvvəl yaralanan şəxsin ertəsi gün sağlam video paylaşması barədə görüntülər saxtadır.

Saxta
  • 13 Noyabr, 2023
  • 368

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə