logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Azərbaycan hərbçisinin Ağdərədə fotosu

Saxta xəbər: Azərbaycan hərbçisinin Ağdərədə fotosu

Xəbərin qısa icmalı

Qarabağda sentyabrın 19-da baş verən hərbi əməliyyatlardan sonra sosial şəbəkələrdə Azərbaycan ordusunun hərbi qulluqçusunun 20 sentyabr 2023-cü ildə Ağdərədə çəkdirdiyi iddia edilən foto yayılıb. 

Fotoda hərbçinin qarşısında durduğu abidənin açılışı 2017-ci ildə edilib. “Hetq.am” nəşri yazır ki, abidə Hadrutun Aknağbyur kəndində yerləşir.

- Paylaşılan fotoda heykəlin qarşısında duran şəxs İkinci Qarabağ müharibəsində şəhid olan Fərhad Məlikzadədir.

Qarabağda sentyabrın 19-da baş verən hərbi əməliyyatlardan sonra sosial şəbəkələrdə Azərbaycan ordusunun hərbi qulluqçusunun 20 sentyabr 2023-cü ildə Ağdərədə çəkdirdiyi iddia edilən foto yayılıb. 

Foto “azvision.az”, “musavat.com”, “ordu.az” və digər teleqram kanallarında, eləcə də feysbuk instaqram səhifələrində paylaşılıb.

Skrinşot “axsam.az” feysbuk səhifəsindən götürülüb.

Skrinşot “exonews.az” adlı instaqram səhifəsindən götürülüb.

Skrinşot “azvision.az” adlı teleqram səhifəsindən götürülüb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Fotoda hərbçinin qarşısında durduğu abidənin açılışı 2017-ci ildə edilib. “Hetq.am” nəşri yazır ki, abidə Hadrutun Aknağbyur kəndində yerləşir.

Paylaşılan fotoda heykəlin qarşısında duran şəxs İkinci Qarabağ müharibəsində şəhid olan Fərhad Məlikzadədir. Həmin fotonu hərbçinin ildönümü ilə bağlı təşkil edilən mərasimdə çəkilən videoların birində görmək mümkündür (Videonun 1:12 dəqiqəsində)

Skrinşot “Kanal 15 Tv” adlı “Youtube” kanalından götürülüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Azərbaycan hərbçisinin 2023-cü il sentyabrın 27-də Ağdərədə foto çəkdirməsi barədə xəbərlər saxtadır.

“mod.gov.az”, “Müdafiə Nazirliyinin məlumatı

“hetq.am”, “War Memorial Opens in Artsakh Village

“wikipedia.org”, “Fərhad Məlikzadə

Saxta
  • 21 Sentyabr, 2023
  • 585

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə