logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Azərbaycan ən xoşbəxt ölkələr sıralamasında 147 ölkə arasında 94-cü yeri alıb.

Saxta xəbər: Azərbaycan ən xoşbəxt ölkələr sıralamasında 147 ölkə arasında 94-cü yeri alıb.

Xəbərin qısa icmalı

21 martda “sfera.az” saytında yayımlanan xəbərdə qeyd olunur ki, dünyanın ən xoşbəxt ölkələri siyahısında Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.

2024-cü il üçün olan göstəricilərə əsasən, Azərbaycan 147 ölkə arasında 106-cı yeri tutub.

21 martda “sfera.az” saytında yayımlanan xəbərdə qeyd olunur ki, dünyanın ən xoşbəxt ölkələri siyahısında Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.

"Fakt Yoxla" bu xəbərin doğru olub-olmadığını yoxlayıb.

Dünya Xoşbəxtlik Hesabatını Gallup, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi və Oksford Universitetinin Sağlamlıq Araşdırmaları Mərkəzi nəşr edir. Hesabatın hazırlanması üçün 140-dan çox ölkədən toplanan rifah haqqında məlumatlar müxtəlif akademik sahələrdən olan tədqiqatçılarının təhlili ilə birləşdirilir. Rifah haqqında məlumatlar vətəndaşlar arasında keçirilən sorğuların nəticələrini, sosial dəstəyi, adambaşına düşən ÜDM-i, orta ömür müddətini, korrupsiyanın olmamasını və s. indikatorları əhatə edir.

Hesabatın 2024-cü il üçün olan göstəricilərinə əsasən, Azərbaycan hesabatın əhatə etdiyi 147 ölkə arasında 106-cı yeri tutub:


Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “sfera.az” saytında Azərbaycanın xoşbəxtlik hesabatındakı yeri ilə bağlı olan xəbər saxtadır.

Saxta xəbər
  • 25 Aprel, 2025
  • 50

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə