logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: ABŞ-da valideyn məktəbdə LGBT bayrağını zibil qutusuna atıb

Saxta xəbər: ABŞ-da valideyn məktəbdə LGBT bayrağını zibil qutusuna atıb

Xəbərin qısa icmalı

Olke.az” saytı ABŞ-da bir valideynin sinif otağında LGBT bayrağını zibil qutusuna atdığını iddia edən görüntülər dərc edib.

- Videonun tam versiyası “Jibrizy” adlı feysbuk səhifəsində paylaşılıb. Videonun sonunda (6:24 dəqiqə) məktəbdə çəkilən səhnənin əvvəlcədən planlaşdırılmış parodiya olduğu qeyd olunur. 

“X” platformasında da açıqlama verən hesab qeyd edib ki, qeyd edilən video həqiqəti əks etdirmir və səhnələşdirilib.

Olke.az” saytı ABŞ-da bir valideynin sinif otağında LGBT bayrağını zibil qutusuna atdığını iddia edən görüntülər dərc edib.

 “ABŞ-də bir ana uşağının sinif otağında ABŞ xəritəsinin üstündən asılmış LGBT simvolu olan bayrağı zibil qutusuna atıb. Daha sonra müəlliməni danlayaraq sərt şəkildə reaksiyasını bildirib”, - xəbərdə belə deyilir.

Video feysbukda 19 min, instaqramda 125 min dəfə izlənilib və 22 minə yaxın izləyicisi olan teleqram kanalında paylaşılıb.

Skrinşot “patrul.az” adlı instaqram səhifəsindən götürülüb.

Skrinşot Elnur Əliyev adlı feysbuk istifadəçi tərəfindən paylaşılıb.

Paylaşılan videoda şagirdin anası olduğuu iddia edən qadının sinif otağına daxil olması və tədris metodlarını dəstəkləmədiyini qışqıraraq ABŞ-ın xəritəsi üzərinə asılan LGBT bayrağını endirməsi göstərilir.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Videonun tam versiyası “Jibrizy” adlı feysbuk səhifəsində paylaşılıb. Videonun sonunda (6:24 dəqiqə) məktəbdə çəkilən səhnənin əvvəlcədən planlaşdırılmış parodiya olduğu qeyd olunur. 

Skrinşot “Jibrizy” adlı feysbuk səhifəsində paylaşılıb.

Özünü rejissor və komediya aktyoru kimi təqdim edən səhifə sahibi daha əvvəl də oxşar videolar paylaşıb.

Skrinşot “Jibrizy” adlı feysbuk səhifəsində paylaşılıb.

“X” platformasında da açıqlama verən hesab qeyd edib ki, qeyd edilən video həqiqəti əks etdirmir və səhnələşdirilib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, ABŞ-da valideynin məktəblərin birinə daxil olaraq LGBT bayrağını zibil qutusuna atdığını iddia edən xəbərlər saxtadır.

Saxta
  • 28 Sentyabr, 2023
  • 732

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə