logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Qod Nisanov Xankəndidə səs verib?

Qod Nisanov Xankəndidə səs verib?

Xəbərin qısa icmalı

Turkustan.az” və “Demokrat.az” saytlarında isə azərbaycanlı milyarder Qod Nisanovun da Xankəndidə səs verdiyi ilə bağlı xəbər yayılıb. 

“Google”da “Qod Nisanov səs verib” sözləri ilə axtarış edərkən biznesmenin Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsində səs verdiyi xəbərinə rast gəlmək mümkündür. 

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. Bu seçkidə Prezident İlham Əliyev və ailə üzvləri səsvermə hüquqlarından Xankəndi şəhərində istifadə ediblər. 

Turkustan.az” və “Demokrat.az” saytlarında isə azərbaycanlı milyarder Qod Nisanovun da Xankəndidə səs verdiyi ilə bağlı xəbər yayılıb. 

Skrinşot “Turkustan.az” saytından götürülüb.

Skrinşot “Demokrat.az” saytından götürülüb.

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb. 

“Google”da “Qod Nisanov səs verib” sözləri ilə axtarış edərkən biznesmenin Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsində səs verdiyi xəbərinə rast gəlmək mümkündür. 

Skrinşot “İctimai TV”nin “YouTube” kanalından götürülüb.

Videoda söhbətlərin rus dilində aparılmasından və arxa planda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlunun görünməsindən də seçki məntəqəsinin Rusiyada olduğu anlaşılır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Qod Nisanovun Xankəndidə səs verdiyi ilə bağlı xəbərlər saxtadır.

Saxta
  • 23 Fevral, 2024
  • 208

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə