logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Putin Azərbaycanın himnini ifa edib?

Putin Azərbaycanın himnini ifa edib?

Xəbərin qısa icmalı

Oktyabrın 6-da “TikTok” video platformasında Rusiya prezidenti Vladimir Putinin royalda Azərbaycanın dövlət himnini ifa etdiyi ilə bağlı görüntü yayılıb.

- “Google”da axtarış edərkən sözügedən videonun 2017-ci ildən bəri müxtəlif səhifələrdə paylaşıldığı ortaya çıxır.

- Video Vladimir Putinin “Bir kəmər – bir yol” forumu üçün getdiyi Çin səfərində qeydə alınıb. Putin Çin prezidenti Si Tsinpini gözləyərkən Sovet mahnıları olan “Axşam” (Azad Neva üzərində şəhər) və “Moskva pəncərələri”ni royalda ifa edib.

Oktyabrın 6-da “TikTok” video platformasında Rusiya prezidenti Vladimir Putinin royalda Azərbaycanın dövlət himnini ifa etdiyi ilə bağlı görüntü yayılıb.

 

Skrinşot “TikTok”dan götürülüb.

“Fakt Yoxla” bu görüntünün doğru olub-olmadığını yoxlayıb.

“Google”da axtarış edərkən sözügedən videonun 2017-ci ildən bəri müxtəlif səhifələrdə paylaşıldığı ortaya çıxır.

Skrinşot “Qafqazın Səsi” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “Maraqlı məlumat və xəbərlər” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “Hurriyet Azərbaycan” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “Azerbaijan News” “Feysbuk” səhifəsindən götürülüb.

Skrinşot “KIVnews” “Feysbuk” səhifəsindən götürülüb.

“Google”da İngilis dilində “Putin plays piano” yazaraq axtarış edərkən Rusiya prezidentinin bir neçə videosuna rast gəlmək mümkündür. İddiada yer alan video isə 2017-ci il, 14 may tarixinə aiddir.

Video Vladimir Putinin “Bir kəmər – bir yol” forumu üçün getdiyi Çin səfərində qeydə alınıb. Putin Çin prezidenti Si Tsinpini gözləyərkən Sovet mahnıları olan “Axşam” (Azad Neva üzərində şəhər) və “Moskva pəncərələri”ni royalda ifa edib.

“Associated Press”in “Youtube” kanalında videonun orijinalına rast gəlmək mümkündür.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın dövlət himnini royalda ifa etdiyi ilə bağlı iddialar saxtadır.

Saxta
  • 13 Noyabr, 2023
  • 299

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə