logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Pakistanda insanlar ölmüş qızlarının məzarlarını təcavüzkarlardan dəmir barmaqlıqlarla qoruyurlar

Pakistanda insanlar ölmüş qızlarının məzarlarını təcavüzkarlardan dəmir barmaqlıqlarla qoruyurlar

Xəbərin qısa icmalı

  • İddiaya görə, Pakistanda insanlar ölmüş qızlarının məzarlarını təcavüzkarlardan dəmir barmaqlıqlarla qoruyurlar.
  • Sözügedən foto Pakistanda yox, Hindistanın Heydərabad şəhərində çəkilib.
  • Bu praktika eyni qəbirdə birdən çox şəxsin basdırılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilir.

“Trolling.info” instaqram səhifəsi aşağıdakı fotonu paylaşaraq iddia edib ki, Pakistanda insanlar ölmüş qızlarının məzarlarını təcavüzkarlardan dəmir barmaqlıqlarla qoruyurlar. Foto sosial şəbəkədə 1100 dəfədən artıq bəyənilib.

 

Skrinşot Trolling.info adlı instagram hesabından götürülüb

 

“Fakt Yoxla” bu xəbərin doğru olub-olmadığını yoxlayıb.

 

Bu fotonun “Daily Times” buraxılışının hazırladığı “Pakistanda artan nekrofilya (cəsədlərlə cinsi əlaqə) halları” xəbərindən sonra gündəmə gəldiyi deyilir. Fotonun isə ilk dəfə “Twitter” platforması üzərində “Jihad Watch” platformasının rəhbəri Robert Spencer tərəfindən paylaşıldığı iddia edilir.

Skrinşot “Robert Spencer” adlı “Twitter” hesabından götürülüb.

 

Lakin araşdırmalar nəticəsində məlum olub ki, sözügedən foto Pakistanda yox, Hindistanın Heydərabad şəhərində çəkilib. Bu praktika eyni qəbirdə birdən çox şəxsin basdırılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilir. The Times of India, Tribune, The Logical Indian, Newschecker platformaları da fotonun Pakistana aid olmadığını müəyyən ediblər.

 

Skrinşot The Logical Indian xəbər portalının internet səhifəsindən götürülüb

 

Hətta, “NewsX” xəbər portalı məzarın yanından video reportaj da hazırlayıb.

Skrinşot “NewsX” xəbər portalının “YouTube” hesabından götürülüb

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Pakistanda qəbirlərin dəmir barmaqlıqlarla təcavüzkarlardan qorunması xəbəri saxtadır.

Saxta
  • 25 May, 2023
  • 377

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə