“Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi”.
Deputat Məzahir Əfəndiyev Milli Mətbuat Günü münasibəti ilə yazdığı məqalədə belə bildirib.
“Fakt Yoxla” deputatın MDB məkanında Mətbuat Şurasının ilk dəfə Azərbaycanda yaranması ilə bağlı iddiasını araşdırıb.
Azərbaycanda Mətbuat Şurası 2003-cü ilin 15 martında yaradılıb.
Qurum Azərbaycan jurnalistlərinin I qurultayında 180-dək kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb.
Ancaq, keçmiş sovet respublikaları arasında Azərbaycandan öncə Mətbuat Şurası yaradan ölkələr var. Məsələn, Ermənistanda Mətbuat Şurası 1995-ci ildə təsis edilib.
Belarusda da, Mətbuat Şurasının fəaliyyətə başlaması 1995-ci ilə təsadüf edib. Yəni, Azərbaycandan 8 il əvvəl.
Qazaxıstan və Ukraynada da mətbuat şuraları Azərbaycandan əvvəl yaradılıb. Qazaxıstanda bu hadisə 1997-ci ildə baş verib. Ukraynada isə, Mətbuat Şurası 2001-ci ildə təsis edilib.
Cədvəl: MDB ölkələrində mətbuat şuralarının fəaliyyətə başlama illəri:
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Məzahir Əfəndiyevin iddiası yanlışdır.