logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Küçədə insan siluetinin yarandığı foto real deyil

Küçədə insan siluetinin yarandığı foto real deyil

Xəbərin qısa icmalı

  • “UHN Plus” xəbər saytının “X” hesabı fotonun “Midjourney” süni intellekt aləti tərəfindən yaradıldığını bildirib.
  • "IceSohei" adlı "X" hesabı fotonun "Stable Diffusion" və "Control Net" süni intellekt proqramlarının köməyi ilə yaradıldığı deyib.
  • Fotoda görünən sima Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya məxsusdur. 

Feysbuk sosial şəbəkəsində yayılan görüntülərdə küçə mənzərəsinin insan siması yaratdığı iddia edilib.

 

Skrinşot feysbukdan götürülüb.

Bir sıra istifadəçilər görüntülərin real olduğu qənaətinə gəlib.

“Bu fotonun real olduğu deyilir, son günlərdə sosial şəbəkədə məşhurlaşıb. Türkiyədə və xarici ölkələrdə ən çox paylaşılan fotolardandır”, - istifadəçilərdən biri yazıb.

“Fakt Yoxla” fotonun real olub-olmadığını yoxlayıb.

Küçədə insan silueti yaratdığı iddia edilən foto daha əvvəl "Reddit" platformasında Braziliyadan olan hesab tərəfindən paylaşılıb.

“UHN Plus” xəbər saytının “X” hesabında fotonun “Midjourney” süni intellekt aləti tərəfindən yaradıldığı bildirilib. Paylaşımda oxşar məzmunda yaradılan digər fotonu da görmək mümkündür.


 

 

Skrinşot “UHS Plus”un “X” hesabından götürülüb.

"IceSohei" adlı digər bir hesabda isə fotonun "Stable Diffusion" və "Control Net" süni intellekt proqramlarının köməyi ilə yaradıldığı qeyd olunub.

Skrişot "IceSohei" adlı "X" hesabından götürülüb.

Fotoda görünən sima Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya məxsusdur. Fotonun müəllifi məlum deyil. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, küçədə insan siluetinin yarandığı foto saxtadır.

Saxta
  • 28 Avqust, 2023
  • 381

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə