logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

İbrahim Rəisinin peycerdən istifadə etməsi barədə xəbər saxtadır

İbrahim Rəisinin peycerdən istifadə etməsi barədə xəbər saxtadır

Xəbərin qısa icmalı

-  Bir sıra saytlarda və sosial şəbəkə hesablarında İranın mərhum Prezidenti İbrahim Rəisinin də sözügedən peycerdən istifadə etdiyi iddia edilən fotolar paylaşılıb.

 - Peycerin olduğu iddia edilən fotolarda isə Rəisinin stolunun üzərində qara rəngli cihaz görünür.  Həmin cihazı İbrahim Rəisinin digər görüşlərdə çəkilən fotolarında da görə bilərik.

- Rəisinin stolunun üzərində qurğu “AR-924” model peycer deyil. Sözügedən qurğunun xüsusiyyətləri onun “Kenko kk-613” model elektron saat olduğunu göstərir.

Sentyabrın 17-də Livanda Hizbullah silahlı qruplaşmasının rabitə üçün istifadə etdiyi peycerlər partladılıb. Livan rəsmiləri və Hizbullah minlərlə insanın yaralanmasına və ölümünə səbəb olan partlayışlara görə İsraili günahlandırıb.

Hadisədən sonra bir sıra saytlarda və sosial şəbəkə hesablarında İranın mərhum Prezidenti İbrahim Rəisinin də sözügedən peycerdən istifadə etdiyi iddia edilən fotolar paylaşılıb.

 A person sitting in a chair wearing a face mask

Description automatically generated

Skrinşot “Qafqazinfo.az” saytından götürülüb.

 Foto və xəbərlər “Qafqazinfo.az”, “musavat.com”, “yenisabah.az”, “missiya.az”, “axar.az”, “publika.az”, “bizim.media”, “olke.az” saytlarında, teleqram kanallarında, feysbuk instaqramda yayımlanıb.

“Fakt Yoxla” iddanın doğru olub-olmadığını yoxlayıb.

Bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıdarkən İbrahim Rəisi və digər İran rəsmilərini daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdə olan şəxslərin hamısı həlak olub.

Peycerin olduğu iddia edilən fotolarda isə Rəisinin stolunun üzərində qara rəngli cihaz görünür.  Həmin cihazı İbrahim Rəisinin digər görüşlərdə çəkilən fotolarında da görə bilərik.

Two men sitting in chairs

Description automatically generated 

Foto İlham Əliyev və İbrahim Rəisinin 2021-ci ildə Aşqabadda baş tutan görüşlərinə aiddir və “president.az” saytından götürülüb.

 A person wearing a mask

Description automatically generated

Foto İran Prezidentinin saytından götürülüb.

Fotodan aydın olur ki, masanın üzərində duran cihaz 3 üfüqi düymədən ibarət, arxasında söykənəcəyi və sol küncündə ağ emblemi olan cihazdır. Başqa bir fotonu daha da yaxınlaşdıranda cihaz daha aydın görünür:

 A table with papers and a pen

Description automatically generated

Skrinşot İran Prezidentinin saytından götürülüb.

Livanda partlayan qurğular Tayvanın “Gold Apollo” brendinə məxsus “AR-924” model peycerlər olub. Adıçəkilən şirkət qurğuların Macarıstanın paytaxtı Budapeştdə yerləşən “BAC Consulting KFT” şirkəti tərəfindən istehsal edildiyini bəyan edib.

  A black device with a screen

Description automatically generated

“AR-924” model peycer. Skrinşot “France 24” kanalının saytından götürülüb

Bu fotodan aydın olur ki, Rəisinin stolunun üzərində qurğu “AR-924” model peycer deyil. Sözügedən qurğunun xüsusiyyətləri onun “Kenko kk-613” model elektron saat olduğunu göstərir.

A screenshot of a device

Description automatically generated

Foto açıq mənbələrdən götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, İranın mərhum prezideti İbrahim Rəisinin peycerdən istifadə etdiyi barədə xəbərlər saxtadır.

Saxta
  • 26 Sentyabr, 2024
  • 420

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə