logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Eyfel qülləsinin qarşısına ot tayaları yığılıb?

Eyfel qülləsinin qarşısına ot tayaları yığılıb?

Xəbərin qısa icmalı

Fevralın 4-də “sia.az”, “unikal.az” saytlarında Eyfel qülləsi yaxınlığındakı ot bağlamalarını göstərdiyini iddia edən foto yerləşdirilib. 

Fransada fermerlərin aksiyaları zamanı ot bağlamalarından istifadə edilsə də, saytlarda təqdim edilən foto real deyil. Foto daha əvvəl instaqramda süni intellektlə hazırlanan şəkillər paylaşan “If only” adlı hesab tərəfindən paylaşılıb. 

Fransada fermerlər iqtisadi səbəblərdən etirazlara başlayıb. Onlar paytaxt Paris ətrafındakı əsas magistral yolları bağlayıb, bəzən hüquq-mühafizə orqanları ilə toqquşub.

Fevralın 4-də “sia.az”, “unikal.az” saytlarında Eyfel qülləsi yaxınlığındakı ot bağlamalarını göstərdiyini iddia edən foto yerləşdirilib.  

Skrinşot “unikal.az” saytından götürülüb

Sözügedən foto sosial mediada da paylaşılıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Fotoda Parisdə yerləşən Eyfel qülləsinin qarşısında çoxlu sayda ot bağlaması yığıldığı, traktorlar görünür. Fransada fermerlərin aksiyaları zamanı ot bağlamalarından istifadə edilsə də, saytlarda təqdim edilən foto real deyil. Foto daha əvvəl instaqramda süni intellektlə hazırlanan şəkillər paylaşan “If only” adlı hesab tərəfindən paylaşılıb. 

Skrinşot “If only” instaqram səhifəsindən götürülüb

Paylaşımda fotonun “Midjourney” adlı süni intellekt aləti ilə yaradıldığı qeyd olunub. Səhifədə süni intellektlə yaradılan oxşar məzmunlu digər paylaşımları da görmək mümkündür.

Skrinşot “If only” instaqram səhifəsindən götürülüb

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Parisin mərkəzindəki ot bağlamalarını göstərən fotolar saxtadır.

Saxta
  • 14 Fevral, 2024
  • 356

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə