logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Əfqanıstanda qadın paltarında qaçmağa çalışan İŞİD lideri haqqında xəbər

Əfqanıstanda qadın paltarında qaçmağa çalışan İŞİD lideri haqqında xəbər

Xəbərin qısa icmalı

Oxu.az” saytı Əfqanıstanda İŞİD liderlərindən birinin qadın paltarında qaçmağa çalışarkən Taliban qüvvələri tərəfindən yaxalandığı xəbərini yayıb.

- Xəbərdə göstərilən foto 2018-ci ilin aprelində ələ keçirilən İŞİD terror qruplaşmasının üzvünə aiddir.

- "Oxu.az”-ın istinad etdiyi Sputnik Əfqanıstan bir neçə gün əvvəl Nəngərhar vilayətində İŞİD-in bölgə əmirinin öldürüldüyünü xəbər verib. Lakin ləqəbi ”Oxu.az”-ın qeyd etdiyi kimi, ”Hüzeyfə” yox, Torabdır.

-“Oxu.az” saytının İŞİD liderinin qadın paltarında qaçarkən yaxalanması barədə yaydığı xəbər saxtadır

Oxu.az” saytı Əfqanıstanda İŞİD liderlərindən birinin qadın paltarında qaçmağa çalışarkən Taliban qüvvələri tərəfindən yaxalandığı xəbərini yayıb.

Xəbərdə bildirilir ki, Əfqanıstanın Ləğman vilayətində İŞİD terror təşkilatının “Hüzeyfə” ləqəbli liderlərindən biri saxlanılıb.

Skrinşot Oxu.az xəbər saytından götürülüb.

“Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

“Oxu.az”  xəbəri “Sputnik Əfqanıstan”-a istinad edərək yaydığını qeyd edib. “Sputnik Əfqanıstan” saytında axtarış edən zaman son günlərdə bu məzmunda xəbərin dərc edilmədiyini görmək olar. 

Lakin “Google” vasitəsilə fotonu axtaran zaman məlum olub ki, xəbərdə göstərilən foto 2018-ci ilin aprelində ələ keçirilən İŞİD terror qruplaşmasının üzvünə aiddir. “Gənc Jurnalistlər Klubu”nun məhz 2018-ci il aprelində yayımladığı xəbərdə bildirilir ki, Nanqahar vilayətinin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının yerli liderlərindən birini və onun iki yaxın köməkçisini saxlayıb.  Xəbəri “Rokna”, “Middleeastpress” kimi mənbələr də yayıb.

Skrinşot ”yjc.org” saytından götürülüb.

Bununla yanaşı ”Oxu.az”-ın istinad etdiyi Sputnik Əfqanıstan bir neçə gün əvvəl Nəngərhar vilayətində İŞİD-in bölgə əmirinin öldürüldüyünü xəbər verib. Lakin ləqəbi ”Oxu.az”-ın qeyd etdiyi kimi, ”Hüzeyfə” yox, Torabdır.

Skrinşot “Sputnik Əfqanıstan”-dan götürülüb.

Xəbərdə qeyd edilib ki, İŞİD-in Əfqanıstandakı ən önəmli üzvlərindən olan Torab və bir neçə terrorist öldürülərək onlardan külli miqdarda silah, əl qumbaraları və terror təşkilatına aid önəmli sənədlər ələ keçirilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, “Oxu.az” saytının İŞİD liderinin qadın paltarında qaçarkən yaxalanması barədə yaydığı xəbər saxtadır

Saxta
  • 9 İyun, 2023
  • 459

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə