logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşündən çəkilmiş fotoya dair iddia

Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşündən çəkilmiş fotoya dair iddia

100 mindən artıq izləyicisi olan “Operativ Məlumat Mərkəzi – OMM” adlı teleqram kanalı aşağıdakı fotonu paylaşaraq iddia edib ki, bu foto Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 2-də ABŞ-da keçirilən görüşü zamanı çəkilib.

Skrinşot “Operativ Məlumat Mərkəzi – OMM” teleqram kanalından götürülüb.

Analoji foto “Sputnik Azərbaycan” xəbər agentliyinə məxsus teleqram kanalında, “Herbi_Azerbaijan”, “isayevios” və digər kanallarda yayılıb.

Skrinşot “SputnikAz” adlı teleqram kanalından götürülüb.

Skrinşot “Herbi_Azerbaijan” adlı teleqram kanalından götürülüb.

Skrinşot “isayevios” adlı teleqram kanalından götürülüb.

“Faktyoxla” fotonun həqiqətən görüş zamanı çəkilib-çəkilmədiyini yoxlayıb.

1 May 2023-cü ildə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. “APA” və “Report” informasiya agentlikləri görüşlərin mayın 2-də də davam etdiyini bildirib. Bu xəbərin yayılmasından sonra 2 may tarixində sözügedən teleqram kanalları keçirilən görüş zamanı çəkildiyi iddia edilən fotonu yayıb.

Ancaq foto mayın 2-də keçirilən görüşə aid deyil. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun əl sıxışdığı foto 2022-ci il noyabrın 8-də “Blair House”da (ABŞ) keçirilən görüşə aiddir. 

Skrinşot “mfa.gov.az” saytından götürülüb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2023-cü il mayın 1-də başlayan görüş isə Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Görüşdən çəkilən foto aşağıdadır:

Foto Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsindən götürülüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Ceyhun Bayramov və Ararat Mirzoyanın əl sıxışdığını göstərən fotonun 2023-cü il mayın 2-də keçirilən görüşə aid olması barədə fotolar saxtadır.

 

Saxta
  • 3 May, 2023
  • 340

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə