logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Blinkenin Kiyevdə "Patron" adlı itlə görüşdüyü video yeni deyil

Blinkenin Kiyevdə "Patron" adlı itlə görüşdüyü video yeni deyil

Xəbərin qısa icmalı

Sentyabrın 6-da ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevə səfər edib. Səfərlə bağlı xəbərin yayılmasından sonra “İctimai TV” “YouTube” kanalı Blinkenin Kiyevdə "Patron" adlı itlə görüşdüyünü iddia edən video yayıb.

- Blinkenin “Patron”la görüşməsini əks etdirən video yeni deyil. Görüntülər ABŞ Dövlət katibinin ötən ilin sentyabrında Kiyevə səfəri zamanı çəkilib. Video 2022-ci ilin sentyabr ayında “ukraine.ua” adlı feysbuk səhifəsində paylaşılıb.

Sentyabrın 6-da ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Səfərlə bağlı xəbərin yayılmasından sonra “İctimai TV” “YouTube” kanalı Blinkenin Kiyevdə "Patron" adlı itlə görüşdüyünü iddia edən video yayıb.

Skrinşot “İctimai TV”nin “YouTube” kanalından götürülüb

Oxşar videonu “musavat.com”, “axar.az”, “azvision”, “alioglu” teleqram kanalları da paylaşıb.

Skrinşot “musavat.com”un teleqram qrupundan götürülüb

“Fakt Yoxla”xəbərin doğru olub-olmadığını yoxlayıb.

“Patron” adlı it Ukraynada partlayıcıların zərərsizləşdirilməsində iştirak edir. O, dövlət mükafatlarına layiq görülüb və simvola çevrilib

Ancaq Blinkenin “Patron”la görüşməsini əks etdirən video yeni deyil. Görüntülər ABŞ Dövlət katibinin ötən ilin sentyabrında Kiyevə səfəri zamanı çəkilib. Video 2022-ci ilin sentyabr ayında “ukraine.ua” adlı feysbuk səhifəsində paylaşılıb.

Skrinşot “ukraine.ua” adlı feysbuk səhifəsindən götürülüb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Blinkenin 2023-cü ilin 6 sentyabr tarixində Kiyevə səfəri zamanı “Patron” adlı itlə görüşməsi barədə xəbərlər saxtadır.

Saxta
  • 8 Sentyabr, 2023
  • 374

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə