Noyabrın 17-də “azvision.az” saytının teleqram kanalında ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Cinpinlə görüşü zamanı çəkildiyi iddia edilən foto paylaşılıb. Fotoda Baydenin çinli həmkarına arxasını çevirdiyi görünür.
Skrinşot “azvision.az” saytının teleqram kanalından götürülüb.
“Fakt Yoxla” fotonun doğru olub-olmadığını yoxlaylb.
Görüş noyabr ayının 15-də Kalifroniyanın Vudsayd şəhərində keçirilib. Ağ Evin məlumatında deyilir ki, görüş zamanı ikitərəfli və qlobal məsələlər, o cümlədən potensial əməkdaşlıq sahələri üzrə səmimi və konstruktiv müzakirələr aparılıb.
Görüş zamanı Bayden Çin liderini qarşılayıb, daha sonra onlar birgə foto çəkdirib və əl sıxışaraq binaya daxil olublar.
Skrinşot MSNBC kanalının yutub səhifəsindən götürülüb.
Bütün bu prosesi həm ABŞ-ın MSNBC, həm də Çinin CCTV kanalının təqdim etdiyi videolarda görmək mümkündür. Videoların heç birində Baydenin həmkarına arxasını çevirdiyi görünmür.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Baydenin çinli həmkarına arxasını çevirməsi barədə görüntü saxtadır.