logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Axar.az”: ABŞ-də 2 milyondan çox insan qaradərili olduqlarına görə hələ də seçki hüququndan məhrumdur

“Axar.az”: ABŞ-də 2 milyondan çox insan qaradərili olduqlarına görə hələ də seçki hüququndan məhrumdur

Xəbərin qısa icmalı

Axar.az” saytında dərc edilən məqalədə iddia edilir ki, ABŞ-də 2 milyondan çox insan qaradərili olduqlarına görə hələ də seçki hüququndan məhrumdur. Həmçinin qeyd olunur ki, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. 

İstisna hallar xaricində ABŞ-də 18 yaşına çatmış hər bir vətəndaşın səs vermək hüququ var. Bu istisnaların heç biri irqi zəmində səs vermə hüququnu məhdudlaşdırmır. ABŞ-də səsvermə hüququnun məhdudlaşdırılması səbəblərindən biri cinayətə görə məhkumluqdur. Bu məsələdə ştatlar arasında fərqlər var. Belə ki, bəzi ştatlarda məhbuslar seçki hüquqlarını itirməsələr də, digər ştatlarda həbsdə olduqları müddətdə onların seçki hüquqları məhdudlaşdırlır. Hətta 10 ştatda cinayətə görə həbs edilmiş şəxslər ömür boyu seçki hüququndan məhrum edilirlər.

- "Qaradərili əhalinin hər 13 nəfərindən birinin seçmək hüququ yoxdur” iddiası isə statistik olaraq yanlışdır. Belə ki, son statistika göstərir ki, hər 22 qaradərilidən birinin seçki hüququ cinayətkarlığa görə məhdudlaşdırılır. Lakin, qeyd etmək lazımdır ki, bu qaradərililərin yalnız irqlərinə görə səsvermədən kənarlaşdırıldığı mənasına gəlmir. 

Axar.az” saytında dərc edilən məqalədə iddia edilir ki, ABŞ-də 2 milyondan çox insan qaradərili olduqlarına görə hələ də seçki hüququndan məhrumdur. Həmçinin qeyd olunur ki, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Müəllif ABŞ-də seçki hüququnun məhdudlaşdırılmasını manipulyativ formada təqdim edir. Səsvermə hüququnun məhdudlaşdırılması və seçki sistemində irqi bərabərsizlik ciddi problemlər olsa da, iki milyon qaradərili amerikalının sırf irqinə görə səsvermə hüququndan məhrum edildiyi doğru deyil.

İstisna hallar xaricində ABŞ-də 18 yaşına çatmış hər bir vətəndaşın səs vermək hüququ var. Bu istisnaların heç biri irqi zəmində səs vermə hüququnu məhdudlaşdırmır. ABŞ-də səsvermə hüququnun məhdudlaşdırılması səbəblərindən biri cinayətə görə məhkumluqdur. Bu məsələdə ştatlar arasında fərqlər var. Belə ki, bəzi ştatlarda məhbuslar seçki hüquqlarını itirməsələr də, digər ştatlarda həbsdə olduqları müddətdə onların seçki hüquqları məhdudlaşdırlır. Hətta 10 ştatda cinayətə görə həbs edilmiş şəxslər ömür boyu seçki hüququndan məhrum edilirlər. (Bu ştatlarda yalnız uyğun qurumların əfvindən sonra keçmiş məhkumların seçki hüququ bərpa olunur). Hazırda ABŞ-də 4 milyona yaxın vətəndaşın törətdikləri cinayətlərə görə seçki hüququ məhdudlaşdırılıb. Təəssüf ki, onların neçəsinin qaradərili olması ilə bağlı məlumat yoxdur. Lakin, qeyd etmək lazımdır ki, bu məhdudlaşdırma yalnız qaradərililərə aid deyil. 

"Qaradərili əhalinin hər 13 nəfərindən birinin seçmək hüququ yoxdur” iddiası isə statistik olaraq yanlışdır. Belə ki, son statistika göstərir ki, hər 22 qaradərilidən birinin seçki hüququ cinayətkarlığa görə məhdudlaşdırılır. Lakin, yenə də qeyd etmək lazımdır ki, bu qaradərililərin yalnız irqlərinə görə səsvermədən kənarlaşdırıldığı mənasına gəlmir. 

Bir çox ştat keçmiş məhkumların səsvermə hüququnun bərpası üçün addımlar atıb. Son illərdə bəzi ştatlarda cinayət məhkumluğunun müddətini başa vurmuş şəxslərə səsvermə hüququnun bərpası üçün islahatlar həyata keçirib. Bu addımlar irqi fərq qoymadan səsvermə hüququnun bərpası üçün görülən tədbirləri sübut edir.

Beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” və “Amnesty International” ABŞ-də cinayətkarlığa görə səsvermə hüququnun məhdudlaşdırılması qanunlarını tənqid ediblər, lakin bunu sırf irqi ayrı-seçkiliklə əlaqələndirməyiblər. Onlar yerli məhkəmə və polis sistemində qaradərililərə qarşı olan ayrı-seçkiliyin bu icmadan olan şəxslərin daha çox hüquqi məsuliyyətə cəlb olunması ilə nəticələndiyini və bunun da onların səs hüquqlarının daha çox məhdudlaşdırdığını vurğulayıblar

ABŞ Ədliyyə Nazirliyi 1965-ci ildə qəbul edilmiş “Səsvermə Hüquqları Aktı” çərçivəsində səsvermə hüquqlarını qorumaq üçün fəal şəkildə çalışır. Bu qanun səsvermədə irqi ayrı-seçkiliyi qadağan edir. "Shelby County v. Holder" kimi məhkəmə işləri səsvermə hüquqlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar yaradıb, lakin bu işlər milli səviyyədə irq əsasında seçki hüququndan məhrum etməyə səbəb olmayıb.

Bundan əlavə, “NAACP” və “ACLU” kimi insan haqları təşkilatları azlıq icmalarının seçki hüququnu məhdudlaşdıran məsələlər ilə mübarizə aparmağa davam edir. Bu məsələlər real və ciddi problemlərdir, lakin bu, iki milyon qaradərili insanın yalnız irqinə görə səs verməkdən məhrum edilməsi demək deyil. 

Nəticə olaraq, ABŞ-da iki milyon qaradərili insanın yalnız irqinə görə səsvermə hüququndan məhrum edildiyi iddiası manipulyativdir. Əsas məsələ cinayət məhkumluğu və ədalət sistemindəki sistemli irqi ayrı-seçkilikdir.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddia anti-qərb dezinformasiyasıdır.

“axar.az”, “Qərbdən Bakıya "səlib yürüşü": AP nə istəyir?

“ncsl.org”, “Felon voting rights

“sentencingproject.org”, “Locked Out 2024: Four Million Denied Voting Rights Due to a Felony Conviction

“brennancenter.org”, “Voting Rights Restoration

“hrw.org”, “Out of Step, U.S. Policy on Voting Rights in Global Perspective

“archives.gov”, “Civil Rights Act (1964)”

“rockthevote.org”, “Shelby v Holder: An Explainer

“aclu.org”, “Voting Rights

“naacp.org”, “Voting Rights

Anti-qərb dezinformasiyası
  • 14 Noyabr, 2024
  • 283

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə