logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Abraham Lincoln” aviadaşıyıcısında yanğın görüntüləri saxtadır

“Abraham Lincoln” aviadaşıyıcısında yanğın görüntüləri saxtadır

Xəbərin qısa icmalı

Sosial şəbəkədə ABŞ ordusuna məxsus “Abraham Lincoln” aviadaşıyıcısının Yəmən ordusu tərəfindən hücuma məruz qaldığını iddia edən görüntülər yayılıb. 

Sosial şəbəkədə “Abraham Lincoln” gəmisinə aid olduğu iddia edilən videoda tüstüləyən gəmi görünür. Ancaq görüntülər yeni deyil. Videodakı gəmi 2020-ci ilin iyul ayında San Dieqoda yanan ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisidir

Sosial şəbəkədə ABŞ ordusuna məxsus “Abraham Lincoln” aviadaşıyıcısının Yəmən ordusu tərəfindən hücuma məruz qaldığını iddia edən görüntülər yayılıb. 

Video 3700-dən çox izləyicisi olan “Hərbi-Siyasi Baxış – HSB” teleqram kanalında, 4000-dən çox izləyicisi olan “azadbaki__com” adlı instaqram səhifəsində, həmçinin feysbukda paylaşılıb. 

Skrinşot “Hərbi-Siyasi Baxış – HSB” teleqram kanalından götürülüb

“Ötən gün Yəmən Silahlı Qüvvələrinin sözçüsü … ABŞ təyyarədaşıyan gəmisinə raket və dron hücumu barədə məlumat vermişdi. Bu gün həmin gəminin göyərtəsində baş verən güclü yanğının görüntüləri yayımlanıb”, - noyabrın 13-də paylaşılan xəbərlərdə belə deyilir.

Skrinşot “azadbaki__com” adlı instaqram səhifəsindən götürülüb.

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

İddialar noyabrın 12-də Yəməndəki Husi qiyamçılarının ABŞ gəmilərinə hücum etməsi barədə xəbərlərdən sonra yayılıb. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü general-mayor Patrik Rayder isə həmin tarixdə ABŞ-ın iki hərbi gəmisinin hücuma məruz qaldığını bildirib. Rayder “Abraham Lincoln” aviadaşıyıcısına qarşı hər hansı hücumdan xəbərsiz olduğunu söyləyib.

Sosial şəbəkədə “Abraham Lincoln” gəmisinə aid olduğu iddia edilən videoda tüstüləyən gəmi görünür. Ancaq görüntülər yeni deyil. Videodakı gəmi 2020-ci ilin iyul ayında San Dieqoda yanan ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisidir

Videoya baxdıqda aydın olur ki, burada 3 fərqli kadrdan istifadə edilib. Birinci kadr döyüş gəmisinin yandığı tarixlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin yutub kanalında paylaşılan videodan götürülüb. 

Skrinşot “U.S. Navy” yutub kanalından götürülüb

İkinci kadr “CBS Evening News” kanlının 2021-ci ilin oktyabr ayında həmin hadisə ilə bağlı xəbərindən, üçünücü kadr isə “FOX 5 San Diego” kanalının eyni hadisə ilə bağlı 2020-ci ilin dekabr ayında paylaşdığı videodan götürülüb.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, yanan gəminin görüntülərinin ABŞ Ordusunun “Abraham Lincoln” aviadaşıyıcısına məxsus olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 17 Dekabr, 2024
  • 112

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə