logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vəd: 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək

Vəd: 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək

Xəbərin qısa icmalı

- Pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramında qeyd edilirdi ki, 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. 

-2022-ci ildə Azərbaycanda pambıq istehsalı hökümətin vəd etdiyi kimi 500 min tona deyil, 322 min 300 tona çatıb.

Bu, hökümətin hədəflədiyi göstəricinin cəmi 64 faizinə bərabərdir.

 

13 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi bu proqramın əsas hədəfləri idi. Proqramda qeyd edilir ki, 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. 

“Fakt Yoxla” hökümətin bu vədi yerinə yetirib-yetirə bilmədiyini araşdırıb.

Cədvəl: 2017-2022-ci illərdə Azərbaycanda pambıq istehsalı (ton)

Cədvəldən göründüyü kimi, dövlət proqramının bitirildiyi 2022-ci ildə Azərbaycanda pambıq istehsalı hökümətin vəd etdiyi kimi 500 min tona deyil, 322 min 300 tona çatıb. Bu, hökümətin hədəflədiyi göstəricinin cəmi 64 faizinə bərabərdir.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət vədi yerinə yetirməyib.

 

Vəd tutulmayıb
  • 31 May, 2023
  • 360

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə