logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

VƏD: “2020-ci ilədək Azərbaycanın karbohidrogen ixracından asılılığı aradan qaldırılacaq”

VƏD: “2020-ci ilədək Azərbaycanın karbohidrogen ixracından asılılığı aradan qaldırılacaq”

Xəbərin qısa icmalı

Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, 2020-ci ilədək Azərbaycanın karbohidrogen ixracından asılılığının aradan qaldırılması hədəflənir.

Azərbaycanın 2012-ci ildə karbohidrogen ixracı ümumi ixrac edilən məhsulun 87%-dən artıq olub.

- 2013-cü ildə bu asılılıq daha da artıb.

- 2014 və 2015-ci illərdə karbohidrogen ixracında nəzərəçarpacaq azalma tempi müşahidə edilib.  2015-ci ildə 79%-ə qədər enən ixrac müqayisə edilən 9 ildə ən aşağı göstərici olub. 

- 2016-cı ildən başlayaraq sözügedən ixrac payı yenidən sürətlə artmağa başlayaraq 2018-ci ildə 88%-lik rekord göstəriciyə çatıb.

- 2019 və 2020-ci illərdə azalmalar müşahidə edilsə də, bu göstərici 2012-ci il ilə müqayisədə yalnız 3% aşağı düşüb.

“2020-ci ilədək Azərbaycanın karbohidrogen ixracından asılılığının aradan qaldırılması hədəflənir”.

Bu Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərdən biri idi.

“Fakt Yoxla” Azərbaycan hökümətinin bu vədi yerinə yetirib-yetirmədiyini yoxlayıb.

Karbohidrogen ixracı dedikdə xam neft və təbii qaz ixracı nəzərdə tutulur. Aşağıdakı cədvəldən də göründüyü kimi Azərbaycanın 2012-ci ildə karbohidrogen ixracı ümumi ixrac edilən məhsulun 87%-dən artıq olub. Bundan bir il sonra, 2013-cü ildə bu asılılıq nəinki azalıb, əksinə artım baş verib. 2014 və 2015-ci illərdə karbohidrogen ixracında nəzərəçarpacaq azalma tempi müşahidə edilib. Belə ki, 2015-ci ildə 79%-ə qədər enən ixrac müqayisə edilən 9 ildə ən aşağı göstərici olub. 

 

Mənbə: Dövlət Gömrük Komitəsi

Lakin 2016-cı ildən başlayaraq sözügedən ixrac payı yenidən sürətlə artmağa başlayaraq 2018-ci ildə 88%-lik rekord göstəriciyə çatıb. 2019 və 2020-ci illərdə azalmalar müşahidə edilsə də, bu göstərici 2012-ci il ilə müqayisədə yalnız 3% aşağı düşüb. 

Vəd 2020-ci ilədək dövrü əhatə etdiyindən son müqayisə bu tarixlərə uyğun aparılıb, nəticədə 2012-ci ildə proqram qəbul edilən zaman mövcud olan karbohidrogen ixracı payı 87.34%, 2019-cu ilin sonunda isə 87.05% olub.

Beləliklə, 2020-ci ilədək Azərbaycanın karbohidrogen ixracından asılılığı aradan qaldırılmayıb.

“Fakt Yoxla”nın araşdırmasının nəticəsinə görə, vəd yerinə yetirilməyib. 

 

Vəd tutulmayıb
  • 6 İyun, 2023
  • 348

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə