logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vəd: 2020-ci ilə qədər Rəqabət Məcəlləsi qəbul ediləcək

Vəd: 2020-ci ilə qədər Rəqabət Məcəlləsi qəbul ediləcək

Xəbərin qısa icmalı

2016-cı il 6 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, 2017-2020-ci illərdə Rəqabət Məcəlləsi qəbul ediləcək. 

- Rəqabət Məcəlləsi bu günə qədər qəbul edilməyib. 

- 2023-cü ilin mart ayının 16-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib ki, Rəqabət Məcəlləsinin təsdiqlənməsi son mərhələdədir. 

2016-cı il 6 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilib. 

Sənədin tədbirlər planı bölməsinin 4.4.1-ci bəndində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 2017-2020-ci illərdə Rəqabət Məcəlləsinin qəbul edilməsi vəd edilirdi: 

“Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir.”

“Fakt Yoxla” bu vədin yerinə yetirilib-yetirilmədiyini yoxlayıb.

Sənəddə bildirilir ki, rəqabət mühitinin təkmilləşdirilməsinin əsas icra göstəricisi “rəqabət məcəlləsinin qəbul edilməsi” olacaq. 

Ancaq, Rəqabət Məcəlləsi bu günə qədər qəbul edilməyib. 2023-cü ilin mart ayının 16-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib ki, Rəqabət Məcəlləsinin təsdiqlənməsi son mərhələdədir. 

Qeyd edək ki, Rəqabət Məcəlləsinin layihəsi adlı sənəd 2006-cı ildə də parlamentə daxil olub və bu barədə müzakirələr aparılıb. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə vəd yerinə yetirilməyib.

Vəd tutulmayıb
  • 31 May, 2023
  • 445

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə