logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə çatdırıldımı?

Minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizinə çatdırıldımı?

Xəbərin qısa icmalı

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında yazılıb ki, minimum əməkhaqqı məbləğinin orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək. 

- 2012-2020-ci illərdə Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti 24%-dən 36%-ə yüksəlib. 

- Hökümət minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdıra bilməyib.

“İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək”.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında belə yazılıb. 

“Fakt Yoxla” hökümətin vədini yerinə yetirib-yetirə bilmədiyini araşdırıb.

Cədvəl: 2012-2022-ci illərdə Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti

Cədvəldən göründüyü kimi, 2012-2020-ci illərdə Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti 24%-dən 36%-ə yüksəlib. 

Minimum əmək haqqının artırılması istiqamətində görülən tədbirlərə gəlincə, konsepsiyanın əhatə etdiyi dövr ərzində minimum əmək haqlarının artırılması ilə bağlı bir neçə dəfə qərar qəbul edilib. Prezidentin müvafiq sərəncamları ilə 1 sentyabr 2013-cü ildən etibarən ölkədə minimum əmək haqqı 93 manat 50 qəpikdən 105 manata, 1 yanvar 2017-ci ildən etibarən 105 manatdan 116 manata, 1 yanvar 2018-ci ildən etibarən 116 manatdan 130 manata, 1 mart 2019-cu ildən etibarən 130 manatdan 180 manata, 1 sentyabr 2019-cu ildən etibarən isə, 180 manatdan 250 manata çatdırılıb. Bu addımlara baxmayaraq, həmin dövrdə orta aylıq əmək haqqı da artdığı üçün hökümət minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdıra bilməyib.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət vədini yerinə yetirməyib.

 

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

“Dövlət Statistika Komitəsi”, Minimum əmək haqqının ölçüləri

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2012

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2013

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2014

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2015

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2016

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2017

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2018

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2019

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2020

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2021

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər 2022

“e-qanun.az”, Minimum əmək haqqının artırılması ilə bağlı sərəncam (2013)

“e-qanun.az”, Minimum əmək haqqının artırılması ilə bağlı sərəncam (2017)

“e-qanun.az”, Minimum əmək haqqının artırılması ilə bağlı sərəncam (2018)

“e-qanun.az”, Minimum əmək haqqının artırılması ilə bağlı sərəncam (mart 2019)

Minimum əmək haqqının artırılması ilə bağlı sərəncam (sentybar 2019)

 

Vəd tutulmayıb
  • 1 İyun, 2023
  • 1856

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə