logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Ermənistan taxılın yarısını bizim torpaqlardan götürürdü”

İlham Əliyev: “Ermənistan taxılın yarısını bizim torpaqlardan götürürdü”

Prezident İlham Əliyev dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib ki, vaxtilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilər istismar olunub.

“Mənə verilən məlumata görə, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. “[Ermənistan]onun[taxılın]yarısını bizim torpaqlarımızdan götürürdü”, – deyə İlham Əliyev vurğulayıb.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə əkin sahələrinin 121 min hektarında taxıl bitkiləri əkilib

Separatçı Dağlıq Qarabağ Respublikasının Statistika Ofisinin məlumatına görə, 2013-2017-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərinin orta hesabla 60 min hektarında taxıl bitkiləri əkilib. 2016-cı ildən sonra Ermənistanda taxıl istehsalında ciddi azalma qeydə alınıb, Azərbaycanın işğal edilmiş ərazilərindən yığılan taxılın həcmi isə artıb.

Beləliklə, 2019-cu ildə Ermənistan və Azərbaycanın işğal altında olan ərazilərindən ümumilikdə 292 min ton taxıl yığılıb. Bunun 180 min tonu (62 %-i) Ermənistan, 112 min tonu (38 %-i) Qarabağda becərilən taxılın payına düşüb.    

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası əsasən doğrudur.

Qeyd: İşğal edilmiş ərazilər üzrə 2018-ci il göstəricisi Ermənistanın taxıl istehsalında artım faizinə dair açıqladığı məlumatlara əsasən hesablanıb.

Əsasən doğru
  • 12 Dekabr, 2020
  • 1420

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə