logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir”

İlham Əliyev: “Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir”

“Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan”.

Prezident İlham Əliyev Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibədə belə deyib

“Fakt Yoxla” prezidentin iddiasının doğru olub-olmadığını yoxlayıb.

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, Azərbaycanın bu ölkəyə davamlı investisiya yatırması 2003-cü ildən etibarən müşahidə olunur. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, neft-qaz kəmərləri ilə bağlı böyük infrastruktur layihələrinin inşası zamanı Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların miqdarında ciddi artım müşahidə edilib. Bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (2003-2006) və ya Trans-Anadolu qaz boru kəmərinin (2014-2018) inşası zamanı baş verib.   

Türkiyə Gürcüstana 1997-ci ildən etibarən davamlı investisiyalar yatırsa da, 2006-cı ildən başlayaraq investisiya məbləğinin həcmində ciddi artım qeydə alınıb. Ümumilikdə, 2003-2019-cu illərdə Azərbaycan Gürcüstana 2 milyard 801 milyon dollar, Türkiyə isə 1 milyard 720 milyon dollar həcmində investisiya yatırıb.

 

Azərbaycan

Türkiyə

  İnvestisiya məbləği Ümumidə payı İnvestisiya məbləği Ümumidə payı

2003

27.481,7

8,20%

16.673,8

4,9%

2004

66.883,6

13,60%

33.326,0

6,7%

2005

64.704,4

14,20%

21.519,9

4,7%

2006

71.021,0

6,00%

126.790,3

10,8%

2007

19.766,9

1,10%

79.510,2

4,5%

2008

23.371,9

1,50%

167.403,1

10,6%

2009

29.923,3

4,5%

97.984,2

14,7%

2010

62.859,6

7,3%

91.786,5

10,6%

2011

69.454,6

6,1%

77.708,8

6,9%

2012

61.287,4

5,8%

107.222,4

10,2%

2013

84.620,4

8,1%

51.433,8

4,9%

2014

340.549,8

18,5%

72.306,0

3,9%

2015

581.739,1

33,7%

74.893,8

4,3%

2016

555.138,2

33,6%

220.272,2

13,3%

2017

460.499,0

23,3%

256.215,3

13,0%

2018

246.384,7

18,9%

49.909,1

3,8%

2019

35.788,9

2,7%

175.319,2

13,4%

Azərbaycan və Türkiyənin ardıcıl olaraq Gürcüstanın ən böyük birinci və ikinci investoru olması ilə bağlı iddiaya gəlincə isə, 2003-2019-cu illəri əhatə edən məlumatlardan görünür ki, son 16 ilin nəticələrinə görə, Azərbaycan Gürcüstanda ən böyük investisiya portfelinə malik olan ölkədir. 

2003-2019-cu illərdə Gürcüstana ümumilikdə ən çox investisiya yatıran ölkələr:

  Ölkə Məbləğ (min dollar)
1 Azərbaycan 2.801.474
2 Hollandiya 2.357.320
3 Birləşmiş Krallıq 2.313.596
4 Türkiyə 1.720.274
5 ABŞ 1.322.712
6 BƏƏ 1.102.055
7 Çexiya 807.191
8 Rusiya 754.954

Cədvəldən göründüyü kimi, 16 ilin nəticələrinə əsasən, Gürcüstanda formalaşmış xarici investisiya portfelində ilk yer Azərbaycana məxsusdur. Məlumat üçün deyək ki, Hollandiya və Birləşmiş Krallıq ilk 3-lüyü qapadır. Türkiyə isə investisiyaların məcmu həcminə görə 4-cü yerdə qərarlaşıb. 

Azərbaycan və Türkiyənin Gürcüstanda ən çox vergi ödəyən ölkələr olması ilə bağlı araşdırmanın nəticələri isə aşağıdakı kimidir. 

SOCAR (DRDNŞ)-ın Gürcüstandakı törəməsi olan “SOCAR Energy Georgia” şirkəti son illərdə dəfələrlə ölkədə ən çox vergi ödəyən şirkət seçilib

Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri açıqlamasında Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkətinin fəaliyyət göstərdiyini bildirib. Türkiyə tərəfi isə, qeyd edir ki, Gürcüstanda kapitalı 1 milyon dollardan çox olan 27 türk şirkəti ilə yanaşı, həm də 500-dən çox kiçik və orta sahibkarlıq subyekti fəaliyyət göstərir. Ancaq Gürcüstan tərəfi vergi ödəyən şirkətlərin məxsus olduqları ölkələr üzrə göstəriciləri açıqlamadığı üçün, Azərbaycan və  Türkiyənin Gürcüstanda ən çox vergi ödəyən ölkələr olması ilə bağlı iddianı araşdırmaq mümkün deyil.

Beləliklə, İlham Əliyevin Azərbaycanın Gürcüstana ən çox investisiya qoyan və ən böyük məbləğdə vergi ödəyən birinci ölkə olması ilə bağlı iddiası əsasən doğrudur.  

Əsasən doğru
  • 13 Yanvar, 2021
  • 1749

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə