logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Əli Məsimli: “Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub”.

Əli Məsimli: “Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub”.

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub.

- Rəsmi statistikaya əsasən, 2022-ci ilin mart ayında Azərbaycanda aylıq inflyasiya 3,2% yox, 1,1% olub. 

“Ötən ilin mart ayında Azərbaycanda 3,2 faiz inflyasiya olub."

Bunu Milli Məclisin deputatı Əli Məsimli bildirib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Deputat bu iddiada əvvəlki aya nisbətən 2022-ci ilin mart ayında olan inflyasiyanı nəzərdə tutub.  

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına əsasən istehlak qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki aya nisbətən 1,1% təşkil edib.

Rəsmi statistikaya əsasən bu göstərici fevral ayında da 1,1%, aprel ayında isə 1% təşkil edib.

Beləliklə, rəsmi statistikaya əsasən, 2022-ci ilin mart ayında Azərbaycanda aylıq inflyasiya 3,2% yox, 1,1% olub. 

Azərbaycanda inflyasiyanın alternativ hesablaması olmadığı üçün dövlətin rəsmi hesablamasının həqiqətə uyğun olub-olmadığını yoxlamaq mümkün deyil. Bu səbəbdən iddia yoxlanılarkən ancaq rəsmi statistikaya istinad edilmişdir. Lakin, araşdırmalar göstərir ki, hökumətin inflyasiya ilə bağlı təqdim etdiyi rəqəmlər reallıqdan aşağı olur. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputat Əli Məsimlinin iddiası yanlışdır.

Yanlış
  • 7 İyul, 2023
  • 305

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə