logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputatın yanlış iddiası: Türk Dövlətləri Təşkilatı ölkələri ÜDM-ə görə dünyada 7-ci yerdədir

Deputatın yanlış iddiası: Türk Dövlətləri Təşkilatı ölkələri ÜDM-ə görə dünyada 7-ci yerdədir

Xəbərin qısa icmalı

Milli Məclisin 10 oktyabrda keçirilən iclasında deputat Əli Məsimli iddia edib ki, Türkiyə ÜDM-ə görə dünya ölkələri sırasında 13-cü, Qırğızıstanın isə 130-cu yerdə qərarlaşıb. O, həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ÜDM-ə görə dünyada 7-ci yerdə qərarlaşır.

-2025-ci ildə Türkiyənin nominal ÜDM-i 1,57 trilyon dollar ilə 16-cı yerdə, Qırğızıstanın ÜDM-i isə 20,16 milyard dollar ilə 133-cü yerdədir.

- Hazırda TDT-nin 5 üzv ölkəsi var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti isə təşkilatda müşahidəçi dövlət statusunda təmsil olunurlar. Beş ölkənin ümumi ÜDM-i 2,104 trilyon dollar təşkil edir. Bu göstərici ilə TDT ölkələri ÜDM-ə görə 11-ci yerdə olan Braziliyadan (2,28 trilyon dollar) sonra, 12-ci yerdə olan İspaniyadan (1,89 trilyon dollar) əvvəl qərarlaşır. Yəni təşkilata üzv ölkələrin ümumi iqtisadi gücü dünya üzrə təxminən 12-ci yerə uyğun gəlir.

Milli Məclisin 10 oktyabrda keçirilən iclasında deputat Əli Məsimli iddia edib ki, Türkiyə ÜDM-ə görə dünya ölkələri sırasında 13-cü, Qırğızıstanın isə 130-cu yerdə qərarlaşıb. O, həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri ÜDM-ə görə dünyada 7-ci yerdə qərarlaşır: 

Dünya ökələrinin ÜDM-i nəzərə alaraq TDT dövlətləri 184 ölkə içərisində Türkiyə ilə 13-cü, Qırğızıstan ilə isə 130-cu yerə qədər məsafəni əhatə edir. İndiki artım tempini orta prespektivdə saxlamaq şərtilə TDT dövlətləri 7-ci yerdən 5-ci yerə yüksələ bilər”, - deyə deputat bildirib.

Fakt Yoxla” iddiaların doğru olub-olmadığını yoxlayıb.

Hazırda TDT-nin 5 üzv ölkəsi var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti isə təşkilatda müşahidəçi dövlət statusunda təmsil olunurlar. 

Dünya üzrə maliyyə bazarları, ixrac gücü, valyuta ehtiyatları baxımından ölkələrin iqtisadi gücünü müəyyənləşdirmək üçün əsas götürülən göstərici nominal ÜDM-dir.  Nominal ÜDM — bir ölkədə müəyyən dövr ərzində (adətən 1 il) istehsal olunan bütün mal və xidmətlərin bazar qiymətləri ilə ümumi dəyəridir.

Beynəlxalq Maliyyə Fondunun hesablamalarına görə, 2025-ci ildə Türkiyənin nominal ÜDM-i 1,57 trilyon dollar ilə 16-cı yerdə, Qırğızıstanın ÜDM-i isə 20,16 milyard dollar ilə 133-cü yerdədir.

Digər üzv dövlətlərin nominal ÜDM göstəriciləri belədir:

Azərbaycan – 76,39 milyard dollar

Qazaxıstan – 300,5 milyard dollar

Özbəkistan – 137,48 milyard dollar

Bu beş ölkənin ümumi ÜDM-i 2,104 trilyon dollar təşkil edir. Bu göstərici ilə TDT ölkələri ÜDM-ə görə 11-ci yerdə olan Braziliyadan (2,28 trilyon dollar) sonra, 12-ci yerdə olan İspaniyadan (1,89 trilyon dollar) əvvəl qərarlaşır. Yəni təşkilata üzv ölkələrin ümumi iqtisadi gücü dünya üzrə təxminən 12-ci yerə uyğun gəlir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Əli Məsimlinin ÜDM-ə görə Türkiyənin dünya ölkələri arasında 13-cü, Qırğızıstanın 130-cu, TDT-nin isə 7-ci yerdə qərarlaşması barədə iddiası yanlışdır.

Yanlış
  • 24 Oktyabr, 2025
  • 96

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə