logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat: “Beynəlxalq müqavilələrə uyğun yanacağın qiymətinin tənzimlənməsində iştirak etməliyik”

Deputat: “Beynəlxalq müqavilələrə uyğun yanacağın qiymətinin tənzimlənməsində iştirak etməliyik”

Deputat Tahir Rzayev Aİ-95 markalı benzinin qiymətinin qaldırılması ilə bağlı danışıb. 

bildirib ki, Azərbaycan da gərək dünya bazar qiymətləri ilə ayaqlaşsın. 

Deputat qeyd edib: “Zərurət yaranırsa, biz, doğrudan da, beynəlxalq müqavilələrə, konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik”. 

“Fakt Yoxla” deputatın “beynəlxalq müqavilələrə, konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik” iddiasını araşdırıb.

Azərbaycan indiyədək müxtəlif sahələrlə bağlı çoxsaylı beynəlxalq müqavilələrə qoşulub. Bunların içərisində məhz yanacaq resurslarının, xüsusən də benzin və onun qiymətinin tənzimlənməsi ilə əlaqədar olan bir konvensiya yoxdur.

Azərbaycanın qoşulduğu iqtisadi məsələlərlə bağlı beynəlxalq müqavilələrdə də dövlətin benzin qiymətinin tənzimlənməsində iştirakı öhdəliyini nəzərdə tutan müddəa yoxdur.

Adı ən çox hallanan “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktı əmək, sosial təminat, təhsil, mədəni həyatda iştirak etmək və s. kimi fundamental hüquqlarla əlaqəlidir. 

Sənəd Azərbaycanın qoşulduğu digər beynəlxalq müqavilələr kimi, iqtisadi sahədə yanacaq, yaxud benzin qiymətinin tənzimlənməsi kimi bir öhdəlik nəzərdə tutmur.

Digər bir nümunə kimi 1980-ci il tarixli “Malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” BMT Konvensiyasına nəzər salmaq olar. 

Sənəddə qiymətin ödənilməsi ilə bağlı bir sıra müddəalar olsa da, bunlar konkret alqı-satqının predmeti olan malların dəyəri ilə bağlıdır. 

Konvensiya ona qoşulan dövlətlərin üzərinə qiymət tənzimlənməsində iştirak etməklə bağlı ümumi öhdəlik qoymur. Sənədin 4-cü maddəsində də deyildiyi kimi, bu Konvensiya yalnız alqı-satqı müqaviləsinin bağlanılmasını və alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir.

Dövlətlər arasındakı müqavilələrə şamil olunan və bu müqavilələrin bağlanması, qüvvəsi, şərh edilməsi və s. kimi əsas məsələləri tənzimləyən 1969-cu il tarixli “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”nda da dövlətlər üçün qiymət tənzimlənməsində iştirak öhdəliyi nəzərdə tutan müddəa yoxdur.

“Fak Yoxla”nın gəldiyi nəticəyə əsasən, Tahir Rzayevin iddiası yalandır.

“pravda.az”: Deputatdan benzinlə bağlı açıqlama: "Beynəlxalq konvensiyalara qoşulmuşuqsa, müəyyən qiymət tənzimlənməsində iştirak etməliyik" https://pravda.az/news/87193

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası: Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalar (siyahı) https://files.preslib.az/projects/azdiplomacy/a4.pdf

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Paktı https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/international-covenant-economic-social-and-cultural-rights

“Malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” 1980-ci il tarixli BMT Konvensiyası https://e-qanun.az/framework/32092

1969-cu il tarixli “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası” Konvensiyasındahttps://e-qanun.az/framework/36996  

Yalan
  • 22 İyul, 2022
  • 1533

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə