logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

COVID-19 pandemiyası Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təsir etməyib?

COVID-19 pandemiyası Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təsir etməyib?

Xəbərin qısa icmalı

  • 2020-ci ildə Azərbaycanın ÜDM-i 9 milyard manat və ya 4.3% azalıb
  • 2020-ci ildə Azərbaycanda qeyri-neft ixracı 103 milyon dollar və ya  5.3% aşağı düşüb.
  • 2020-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 50% artıb
  • 2020-ci ildə Azərbaycanda yoxsulluq səviyyəsi 29% artıb

“COVID-19 pandemiyası Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təsir etməyib.”

Bunu Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl Dünya Bankının "Sarsıntılar və böhranlar zamanı insan kapitalının qorunması" adlı hesabatının təqdimatı zamanı deyib.

“Fakt Yoxla” Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Mayklın iddiasının doğru olub-olmadığını araşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin martından etibarən koronavirusu pandemiya elan etdi. Azərbaycanda da koronavirusla bağlı xüsusi karantin rejimi məhz 2020-ci ilin mart ayından tətbiq edilir. Həmin vaxtdan etibarən koronavirus pandemiyası səhiyyə sahəsi ilə yanaşı, sosial-iqtisadi istiqamətlərdə də ciddi çətinliklər törətdi.

Cədvəl: Son 5 ildə Azərbaycanda ÜDM-in dəyişməsi

Cədvəldən göründüyü kimi, əvvəlki illə müqayisədə pandemiyanın başladığı 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulu təxminən 9 milyard manat və ya 4.3% azalaraq 2017-ci il səviyyəsinə düşüb. Son 5 ildə ölkənin ÜDM-də sadəcə pandemiya başladığı ildə azalma qeydə alınıb.  Ümumilikdə müstəqillik illərində sadəcə üç dəfə - qlobal maliyyə böhranının baş verdiyi 2009-cu ildə, devalivasiyaların baş verdiyi 2015-ci ildə və 2020-ci ildə Azərbaycanın ÜDM-i nominal olaraq əvvəlki illə müqayisədə aşağı düşüb.

Cədvəl: Son 5 ildə Azərbaycanın qeyri-neft məhsulları ixracı

Pandemiyanın başladığı il Azərbaycanın qeyri-neft ixracında da azalma müşahidə edildi. Əvvəlki illə müqayisədə 2020-ci ildə qeyri-neft ixracının dəyəri 103 milyon dollar və ya  5.3% aşağı düşüb.

Pandemiya səbəbi ilə 2020-ci ildə Azərbaycanda iqtisadi göstəricilərlə yanaşı, sosial göstəricilər də aşağı düşüb. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə Azərbaycanda işsizlik göstəricisi 4.8%-ə bərabər idi. 2020-ci ildə isə, işsizlik 7.2 faizə yüksəlmişdi. Bu, cəmi 1 il ərzində işsizlərin sayının 50%  və ya 125 min nəfər artması deməkdir.

Cədvəl: Son 5 ildə Azərbaycanda işsizlik göstəricisi

2020-ci ildə ölkədə işsizlərin sayı ilə yanaşı, yoxsulların sayında da kəskin artım qeydə alındı. Əvvəlki illə müqayisədə, 2020-ci ildə Azərbaycanda yoxsulluq göstəricisi 4.8%-dən 6.2%-ə yüksəldi. Bu, 29% və ya təxminən 120 min nəfər artım deməkdir.

Cədvəl: 2018-2021-ci illərdə Azərbaycanda yoxsulluq səviyyəsi

*2022-ci illə bağlı göstərici hələ açıqlanmayıb

Beləliklə, Pandemiyanın başladığı 2020-ci ildə Azərbaycanın ÜDM-i 9 milyard manat və ya 4.3%, qeyri-neft ixracı 103 milyon dollar və ya  5.3% aşağı düşüb. Digər tərəfdən, ölkədə işsizlik səviyyəsi 50%, yoxsulluq səviyyəsi 29% yüksəlib.

“Fakt Yoxla”nın araşdırmasına görə, Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Mayklın iddiası yanlışdır. 

 

“apa.az”, COVID-19 pandemiyası Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təsir etməyib

“Koronavirusinfo.az”, Nazirlər Kabinetinin məlumatı

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər (2022)

“Dövlət Statistika Komitəsi”, Makro iqtisadi göstəricilər (2021)

“Dövlət Statistika Komitəsi”, Makro iqtisadi göstəricilər (2020)

“Dövlət Statistika Komitəsi”, Makro iqtisadi göstəricilər (2019)

“Dövlət Statistika Komitəsi”, Makro iqtisadi göstəricilər (2018)

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”, İxrac icmalı

“Dövlət Statistika Komitəsi”, Əmək bazarı

“Dövlət Statistika Komitəsi”, Yoxsulluğun səviyyəsi

Yanlış
  • 7 May, 2023
  • 1719

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə