logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azər Badamov: “Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artırılıb”

Azər Badamov: “Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artırılıb”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Azər Badamov “Azərtag”-a verdiyi açıqlamada “Son 5 ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artırılması ölkədə aparılan sosial siyasətin uğurla davam etdirildiyini göstərir” deyib. 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2019-cu ilin 1 mart tarixində respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqı 180 azn olub. Bu göstərici 2019-cu il 1 sentyabr tarixində 250 azn-ə, 2022-ci ildə 300 azn-ə, 2023-cü ildə isə 345 azn-ə yüksəlib. 2024-cü ilin 10 ayı ərzində isə minimum əməkhaqqının məbləği dəyişməz olaraq qalır – 345 azn.

- Dövlət Statistika Komitəsinin bir digər məlumatına əsasən 2019-cu ilin 1 mart tarixində respublika üzrə müəyyən olunmuş minimum pensiya 160 azn olub. Bu göstərici 2019-cu il 1 oktyabr tarixində 200 azn-ə, 2022-ci ildə 240 azn-ə, 2023-cü ildə isə 280 azn-ə yüksəlib. 2024-cü ilin 10 ayı ərzində isə minimum pensiya göstəriciləri dəyişməz olaraq qalır – 280 azn.

Beləliklə, Dövlət Statistika Komitəsi verilən məlumatlar son 5 ildə (2019-2024) minimal əməkhaqqındakı artımın 1.9 dəfə, minimum pensiyalarda isə 1.75 dəfə olduğunu göstərir.

Milli Məclisin deputatı Azər Badamov “Azərtag”-a verdiyi açıqlamada “Son 5 ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artırılması ölkədə aparılan sosial siyasətin uğurla davam etdirildiyini göstərir” deyib. 

Eyni açıqlama 23 sentyabr tarixində Milli Məclisdəki çıxışında Prezident İlham Əliyev tərəfindən də səsləndirilib. 

Xatırladaq ki, bu göstəricilər barədə məlumat daha əvvəl də 3 fevral 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin pensiyalarla bağlı mətbuat konfransında, nazir müavini Anar Kərimov tərəfindən də səsləndirilib. 

“Fakt Yoxla” deputatın açıqlamasının düzgünlüyü yoxlayıb. 

Əgər söhbət deputatın dediyi kimi son 5 ildən gedirsə, bu halda 2019-2024-cü illəri götürmək lazımdır.   

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2019-cu ilin 1 mart tarixində respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqı 180 azn olub. Bu göstərici 2019-cu il 1 sentyabr tarixində 250 azn-ə, 2022-ci ildə 300 azn-ə, 2023-cü ildə isə 345 azn-ə yüksəlib. 2024-cü ilin 10 ayı ərzində isə minimum əməkhaqqının məbləği dəyişməz olaraq qalır – 345 azn.


Dövlət Statistika Komitəsinin bir digər məlumatına əsasən 2019-cu ilin 1 mart tarixində respublika üzrə müəyyən olunmuş minimum pensiya 160 azn olub. Bu göstərici 2019-cu il 1 oktyabr tarixində 200 azn-ə, 2022-ci ildə 240 azn-ə, 2023-cü ildə isə 280 azn-ə yüksəlib. 2024-cü ilin 10 ayı ərzində isə minimum pensiya göstəriciləri dəyişməz olaraq qalır – 280 azn.

Minimum pensiya və əməkhaqqları ilə bağlı sonuncu artım 2023-cü ilin yanvarında edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2024-cü il 1 noyabr tarixinədək artımlarla bağlı təkliflərin veriləcəyi, növbəti artımların 2025-ci ildə olacağı gözlənilir.

Beləliklə, Dövlət Statistika Komitəsi verilən məlumatlar son 5 ildə (2019-2024) minimal əməkhaqqındakı artımın 1.9 dəfə, minimum pensiyalarda isə 1.75 dəfə olduğunu göstərir. 2024-cü ildə hər iki sahədə üzrə artım baş verməyib. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən minimum əməkhaqqının 2,7 dəfə artması 2018-2023-cü illərə, minimum pensiyanın 2,5 dəfə artması isə 2017-2023-cü illərə aiddir. Son 5 il dedikdə 2019-2024-cü illər əsas götürüldüyü üçün, açıqlama doğru deyil.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə açıqlama yanlışdır.

“Azərtag.az”: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanı daha güclü edir – RƏY”

“Apa.az”: “Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”

“Sosial.qov.az”: “Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransı keçirilib”

“Stat.gov.az”: “Respublikada müəyyən edilmiş minimum aylıq əməkhaqqı”

“Stat.gov.az”: “Ölkədə müəyyən edilmiş minimum pensiya ölçüləri”

“Axar.az”: “Maaş və pensiyalar neçə manat artırılacaq? - Dəqiq rəqəm”

“Musavat.com”: “ŞAD XƏBƏR! Minimum əməkhaqqı ARTIRILIR - Bu tarixdən...

“E-qanun.az”: “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunu”

“President.az”: “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu”

“President.az”: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanunu”

“E-qanun.az”: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunu”

“Meclis.gov.az”: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanunu”

“Stat.gov.az”:  “İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri”

“Stat.gov.az”:  “İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında”

“Stat.gov.az”: “İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin orta illik qiymətləri, manatla” 

Yanlış
  • 14 Oktyabr, 2024
  • 747

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə