logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

2020-ci ildə ölkədə adambaşına düşən ÜDM-in həcmi 13 000 ABŞ dollarına çatdımı?

2020-ci ildə ölkədə adambaşına düşən ÜDM-in həcmi 13 000 ABŞ dollarına çatdımı?

Xəbərin qısa icmalı

- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilirdi ki, “nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13 000 ABŞ dollarına çatacaq”.

- 2020-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM göstəricisi dollar ifadəsində 4 281 dollara bərabər olub.

- 2012-2020-ci illər arasında adambaşına düşən ÜDM göstəricisi dollar ifadəsində 44% geriləyib.

 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası  təsdiq olunmuşdu. 

Sənəddə qeyd edilir ki, konsepsiya 2020-ci ilədək olan dövr üçün ölkənin perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların reallaşmasını təmin etmək məqsədi ilə qəbul edilib. Bu sənəddə hökümət 2020-ci ilədək bir çox sosial-iqtisadi istiqamətlərdə hədəflərini açıqlayıb ki, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) bunlardan biridir. Konsepsiyada qeyd edilir ki, “nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13 000 ABŞ dollarına çatacaq”.

“Fakt Yoxla” hökümətin 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM göstəricisinin 13 min dollar olacağı ilə bağlı vədini həyata keçirib-keçirə bilmədiyini araşdırıb.

Cədvəl: 2012-2022-ci illərdə Azərbaycanda qeydə alınan adambaşına düşən ÜDM göstəricisi

Cədvəldən göründüyü kimi, 2020-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM göstəricisi dollar ifadəsində 4 281 dollara bərabər olub. Bu isə, hökümətin vəd etdiyi göstəricidən (13 min dollar) təxminən üç dəfə aşağı göstəricidir. Proqramın qəbul edildiyi 2012-ci ildə eyni göstərici 7 594 dollara bərabər idi. Yəni, 2012-2020-ci illər arasında adambaşına düşən ÜDM göstəricisi dollar ifadəsində 44% geriləyib.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM göstəricisinin 13 min dollara çatacağı ilə bağlı vədi yerinə yetirməyib. 

 

Vəd tutulmayıb
  • 30 May, 2023
  • 492

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə