logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Seçkiləri boykot etmək cinayət məsuliyyəti yaradırmı?

Seçkiləri boykot etmək cinayət məsuliyyəti yaradırmı?

Xəbərin qısa icmalı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Siyasi Partiyalar haqqında qanuna əsasən, seçkiləri boykot etmək cinayətdir.

Siyasi Partiyalar haqqında qanuna görə, partiyaların fəaliyyət istiqamətlərindən biri seçkilər və referendumun keçirilməsində iştirak etmək olsa da, qanun partiyaların seçkilərdə iştirak etməməsi ilə bağlı hər hansı cəza nəzərdə tutmayıb. Qanunda bildirilir ki, siyasi partiyaların seçkilərdə iştirakla bağlı Seçki Məcəlləsinə uyğun hüquq və vəzifələri var. Seçki Məcəlləsi isə partiyalara seçkilərdə iştirakla bağlı hər hansı öhdəlik qoymur.

Cinayət Məcəlləsində seçkilərlə bağlı əməllərə görə cəzalar 159-161-ci maddələrdə qeyd olunub. Bura vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə maneolma, seçkidə iştirak qaydalarını pozma, seçki komissiyalarının işinə müdaxilə etmə, seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma daxildir.

Bəzi partiyalar 2024-cü il fevral ayının 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu seçkilərlə bağlı “bakivaxti.az” saytına açıqlamasında bildirib ki, Siyasi Partiyalar haqqında qanuna əsasən, seçkiləri boykot etmək cinayətdir. 

“Fakt Yoxla” seçkiləri boykotun cinayət olub-olmadığını olub-olmadığını yoxlayıb.

“Boykot” deyərkən siyasi təşkilatların seçkilərdə iştirak etməməsi, həmçinin vətəndaşları seçkilərdə iştirak etməməyə çağırması və bu istiqamətdə təşkilatlanmış fəaliyyətini nəzərdə tuturuq. Müsavat və Klassik Xalq Cəbhəsi  partiyaları seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib, AXCP isə seçkiləri boykot edəcəyini bəyan edib.

Siyasi Partiyalar haqqında qanuna görə, partiyaların fəaliyyət istiqamətlərindən biri seçkilər və referendumun keçirilməsində iştirak etmək olsa da, qanun partiyaların seçkilərdə iştirak etməməsi ilə bağlı hər hansı cəza nəzərdə tutmayıb. Qanunda bildirilir ki, siyasi partiyaların seçkilərdə iştirakla bağlı Seçki Məcəlləsinə uyğun hüquq və vəzifələri var. Seçki Məcəlləsi isə partiyalara seçkilərdə iştirakla bağlı hər hansı öhdəlik qoymur.

Cinayət Məcəlləsində seçkilərlə bağlı əməllərə görə cəzalar 159-161-ci maddələrdə qeyd olunub. Bura vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə maneolma, seçkidə iştirak qaydalarını pozma, seçki komissiyalarının işinə müdaxilə etmə, seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma daxildir.

Qeyd edək ki, seçki hüquqlarının həyata keçirilməsinə maneolma dedikdə vətəndaşın dövlət orqanlarına seçmək və seçilmək hüququnun həyata keçirilməsində müxtəlif maneələr yaradılması, onlara qarşı əsassız şərtlərin irəli sürülməsi, onları seçici siyahısına daxil etməkdən imtina edilməsi və sair hərəkətlər (və ya hərəkətsizlik) nəzərdə tutulur. Boykot siyasi fəaliyyətin bir elementi olduğuna görə bu çərçivədə qiymətləndirilmir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Sərdar Cəlaloğlunun partiyaların seçkiləri boykot etməsinin cinayət olması barədə iddiası yanlışdır.

Yanlış
  • 29 Dekabr, 2023
  • 3826

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə