logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Novella Cəfəroğlu: "Bakıdakı ABŞ səfirliyi Amerika ərazisi sayılır"

Novella Cəfəroğlu: "Bakıdakı ABŞ səfirliyi Amerika ərazisi sayılır"

Xəbərin qısa icmalı

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "pravda.az"a açıqlamasında bildirib ki, Bakıdakı ABŞ səfirliyi Amerika ərazisi hesab edilir.

- 1961-ci ildə imzalanan “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 21-ci maddəsinə görə, səfirliyin yerləşdiyi dövlət öz ərazisində öz qanunlarına uyğun olaraq akkreditə edən dövlətə nümayəndəlik üçün zəruri binaların alınmasında kömək etməlidir. Nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalar bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azad edilir. Ancaq konvensiyada həmin binaların səfirliyin və digər diplomatik nümayəndəliklərin məxsus olduğu dövlətə aid olması barədə heç bir müddəa yoxdur.

- Səfirliyin, eləcə də digər diplomatik nümayəndəliklərin binaları toxunulmaz olsa da, yerləşmə dövlətinin suveren ərazisi hesab edilir. Vyana Konvensiyasının 22-ci maddəsinə görə, səfirliyin binalarını hücumlardan qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "pravda.az"a açıqlamasında bildirib ki, Bakıdakı ABŞ səfirliyi Amerika ərazisi hesab edilir.

"Səfirlik qapalı ərazidir. Ora Amerikanın ərazisi sayılır. Sən Amerika ərazisində onun icazəsi olmadan heç nə edə bilməzsən. Bu, qanundur, hər yerdə yazılan qanun", - Novella Cəfəroğlu belə deyib.

"Fakt Yoxla" Novella Cəfəroğlunun iddiasının doğru olub-olmadığını yoxlayıb.

Diplomatik nümayəndəliklərin statusu 1961-ci ildə imzalanan “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Azərbaycan Konvensiyaya 1992-ci ildə qoşulub.

Konvensiyanın 21-ci maddəsinə görə, səfirliyin yerləşdiyi dövlət öz ərazisində öz qanunlarına uyğun olaraq akkreditə edən dövlətə nümayəndəlik üçün zəruri binaların alınmasında kömək etməlidir. Nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalar bütün dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azad edilir.

Ancaq konvensiyada həmin binaların səfirliyin və digər diplomatik nümayəndəliklərin məxsus olduğu dövlətə aid olması barədə heç bir müddəa yoxdur.

Konvensiyanın 22-ci maddəsində isə bildirilir ki, nümayəndəlik binaları toxunulmazdır, yəni səfirliyin yerləşdiyi dövlətin hakimiyyət orqanları nümayəndəliyin başçısının razılığı olmadan sədirliyin binalarına daxil ola bilməzlər. Həmçinin, nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış, müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir. 

Beləliklə, səfirliyin, eləcə də digər diplomatik nümayəndəliklərin binaları toxunulmaz olsa da, yerləşmə dövlətinin suveren ərazisi hesab edilir. Vyana Konvensiyasının 22-ci maddəsinə görə, səfirliyin binalarını hücumlardan qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, Novella Cəfəroğlunun iddiası yanlışdır.

Yanlış
  • 10 İyul, 2023
  • 1257

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə