logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Pərviz Şahbazov: “Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir”

Pərviz Şahbazov: “Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir”

“Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir”. 16-17 dekabr 2020-ci ildə Azərbaycanın sədrliyi ilə videokonfrans formatında keçirilən Enerji Xartiyası Konfransının 31-ci iclasında Energetika naziri Pərviz Şahbazov belə deyib. 

“Fakt Yoxla” Pərviz Şahbazovun bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Ölkələrin enerjidən asılılıq nisbətini ölçmək üçün istifadə olunan göstəricilərdən biri (energy self-sufficiency ratio) enerji təminatı nisbətidir. Bu göstərici ölkənin bir ildəki enerji istehsalının ümumi ilkin enerji tədarükünə bölünməsi ilə əldə edilir. Beynəlxalq Enerji Agentliyinin 2018-ci ildə 235 ölkə, ərazi və bu kimi subyektlər arasında tərtib etdiyi enerji atlasında Azərbaycan 385 xalla 11-ci yerdə qərarlaşıb. Eləcə də, bu qurumun hazırladığı 2020-ci il aprel hesabatında qeyd olunur ki, Azərbaycan böyük həcmdə karbohidrogen istehsalına görə dünyada ən yüksək enerji təminatı göstəricilərindən birinə sahibdir. Belə ki, ölkədə enerji istehsalı enerji tələbatından dörd qat çoxdur.

https://lh5.googleusercontent.com/MxUjWj2ZsUnDQ_XhPJkj2e0iC6uVplcLf3QsYZ03uxUdlIMrEqGmYIY5nIGItR334kJt0xMirGgvuMAWMhBtK3odLKXkzIxTBVPB2dJwZUosL4vTAH7h9uYHcpS2-Xess1tDNbE

Dünya Enerji Şurasının 2010-cu ildən etibarən hazırladığı Enerji Trilemma İndeksi ölkələri davamlı enerji təmin etmək qabiliyyətinə görə 3 meyar əsasında qiymətləndirir: Enerji təhlükəsizliyi, Enerji bərabərliyi (əlçatanlıq və əlverişlilik) və Ekoloji davamlılıq. 2020-ci ilin nəticələrinə görə, Azərbaycan hər üç meyarın ortalamasına əsasən 108 ölkə arasında 36-cı yerdə qərar tutur. Sırf enerji təhlükəsizliyi meyarına görə isə, Azərbaycan, Birləşmiş Krallıqla birgə 17-ci pilləni paylaşır.

İxracatını əsasən enerji sənayesinin xammalı təşkil edən Azərbaycan eyni zamanda bu sənayenin son məhsulu olan avtomobil benzini, ağ neft tipli mühərrik yanacağı, sürtkü yağları və s. kimi məhsulları xaricdən idxal edir. 2019-cu il üçün ölkə 44,462.1 min neft ekvivalenti tonu (min NET) enerji  məhsulunu ixrac etmiş, 302.8 min NET enerji məhsulunu isə xaricdən idxal etmişdir. 2019-da Azərbaycanın ilkin enerji istehlakı 11 291 min NET təşkil edib. İdxal daxili istehlakın cəmi 2.7%-ni təşkil edib. Yəni, ölkə özünün enerji tələbatının 97.3%-ni özü qarşılayır

       
Enerji məhsullarının idxalı   Enerji məhsullarının ixracı   
min NET   min NET  

 

2019

 

2019

Təbii bitum və təbii asfalt

1.4

Xam neft (qaz kondensatı daxil olmaqla)

32,143.9

Mayeləşdirilmiş qazlar

1.3

Təbii qaz

11,040.2

Avtomobil benzini

175.4

Mayeləşdirilmiş qazlar

59.7

Dizel yanacağı (qazoyllar)

0.5

Ağ neft tipli reaktiv mühərrik yanacağı

123.3

Ağ neft tipli reaktiv mühərrik yanacağı

68.9

Dizel yanacağı (qazoyllar)

775.4

Ağ neftin sair növləri

4.5

Mazut

0.2

Neft koksu

0.2

Neft koksu

168.4

Neft bitumu

0.1

Neft bitumu

11.8

Sürtkü yağları

35.7

Sürtkü yağları

10.1

Elektrik enerjisi

11.8

Elektrik enerjisi

128.2

Yanacağın sair növləri 

3.0

CƏM

44,461.2

CƏM

302.8

   

Başqa sözlə, Azərbaycanın karbohidrat ehtiyatları ilə zəngin olması və mövcud enerji infrastrukturu onun enerjiyə olan tələbatını ödəməyə imkan verir.

“Fakt Yoxla"nın gəldiyi nəticəyə görə, Pərviz Şahbazovun iddiası doğrudur.

Doğru
  • 15 Yanvar, 2021
  • 2134

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə