logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat Rüfət Quliyevin yanlış iddiası: Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir

Deputat Rüfət Quliyevin yanlış iddiası: Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir

Xəbərin qısa icmalı

Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “crossmedia.az” saytına açıqlamasında deyib ki, Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir.

Azərbaycanın Cənubi Qafqaz regionunun iqtisadiyyatında payı 75 faiz deyil. ÜDM-ə görə Azərbaycan digər iki ölkəni üstələsə də, bu göstərici yalnız 55,6 faiz olub. Adambaşına düşən ÜDM-ə görə isə Azərbaycan digər iki ölkədən geri qalır. 

Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “crossmedia.az” saytına açıqlamasında deyib ki, Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir. O, bu iddianı Cənubi Qafqazdakı siyasi prosesləri təhlil edərkən irəli sürüb.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2024-cü ildə Azərbaycan, Ermənistan və Gürcüstanın Ümumi Daxili Məhsul (ÜDM) dəyərləri aşağıdakı qrafikdəki kimi olub:

Mənbə: Beynəlxalq Valyuta Fondu

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatındakı payının ən yüksək göstəricisi 2014-cü ildə olub ki, bu zaman da müvafiq göstərici 71.8% idi.

İqtisadi gücü göstərən digər göstərici olan adambaşına düşən Ümumi Daxili Məhsul dəyərinə görə isə Azərbaycan digər Cənubi Qafqaz ölkələrindən geri qalır:

Mənbə: Dünya Bankı (2024)

Beləliklə, Azərbaycanın Cənubi Qafqaz regionunun iqtisadiyyatında payı 75 faiz deyil. ÜDM-ə görə Azərbaycan digər iki ölkəni üstələsə də, bu göstərici yalnız 55,6 faiz olub. Adambaşına düşən ÜDM-ə görə isə Azərbaycan digər iki ölkədən geri qalır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rüfət Quliyevin səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 29 Sentyabr, 2025
  • 22

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə