logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat Rüfət Quliyevin yanlış iddiası: Avropada inflyasiya 4%-dən aşağı düşmür

Deputat Rüfət Quliyevin yanlış iddiası: Avropada inflyasiya 4%-dən aşağı düşmür

Xəbərin qısa icmalı

Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “crossmedia.az” saytına açıqlamasında deyib ki, Avropada inflyasiya 4%-dən aşağı düşmür.

- Avropa Birliyinin 2025-ci ilin iyun ayına olan statistikasına əsasən, Avropa Birliyi üzrə illik inflyasiya 2.3%, Avrozona üçün isə 2% olub. Statistikaya görə, Avropa Birliyinə üzv olan 27 ölkədən sadəcə 5-də (Xorvatiya, Macarıstan, Slovakiya, Estoniya və Ruminiya) inflyasiya göstəricisi 4%-dən yuxarıdır.

Birləşmiş Krallıqda 2025-ci ilin iyul ayına olan inflyasiya göstəricisi 3.8%, Norveçdə avqust ayına olan göstərici 3.5%, İsveçrədə isə avqust ayı üçün 0.2% olub

Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “crossmedia.az” saytına açıqlamasında deyib ki, Avropada inflyasiya 4%-dən aşağı düşmür. O bu iddianı Qərb-Rusiya münasibətlərini qiymətləndirərkən irəli sürüb.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

Avropa Birliyinin 2025-ci ilin iyun ayına olan statistikasına əsasən, Avropa Birliyi üzrə illik inflyasiya 2.3%, Avrozona üçün isə 2% olub. Statistikaya görə, Avropa Birliyinə üzv olan 27 ölkədən sadəcə 5-də (Xorvatiya, Macarıstan, Slovakiya, Estoniya və Ruminiya) inflyasiya göstəricisi 4%-dən yuxarıdır. İnflyasiya Almaniyada 2%, Fransada 0.9%, İtaliyada 1.8%, İspaniyada isə 2.3% qeydə alınıb.

Avropa Birliyi və Avrozonada olmayan Birləşmiş Krallıqda 2025-ci ilin iyul ayına olan inflyasiya göstəricisi 3.8%, Norveçdə avqust ayına olan göstərici 3.5%, İsveçrədə isə avqust ayı üçün 0.2% olub.

Müqayisə üçün, Azərbaycanda ötən il üzrə inflyasiya 4.9% alınıb. Lakin, əvvəlki araşdırmalarımızda da göstərdiyimiz kimi, Azərbaycan hökumətinin infilyasiyanı hesablamasında istifadə etdiyi metodlar manipulyativdir və inflyasiya göstəricisini daha aşağı səviyyədə əks etdirməyə şərait yaradır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rüfət Quliyevin Avropada inflyasiya ilə bağlı səsləndirdiyi iddia yanlışdır.

Yanlış
  • 30 Sentyabr, 2025
  • 33

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə