Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov “pravda.az”-a açıqlamasında deyib ki, Hindistanın mal idxalına qadağa qoyması Azərbaycan üçün elə də böyük itki deyil.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, Hindistan son illərdə dünya ölkələri arasında Azərbaycanın önəmli ticarət tərəfdaşlarından biri olub. Xüsusilə də Azərbaycanın əsas neft alıcılarından biri olduğu üçün Hindistanla ticarət saldosu Azərbaycanın xeyrinə olub. Azərbaycanın dünyada ən çox məhsul ixrac etdiyi ölkələr arasında Hindistan 2022-ci ildə 4-cü, 2023-cü ildə 5-ci, 2024-cü ildə isə 7-ci yerdə qərarlaşıb.
Hindistan-Azərbaycan ticarəti:
Mənbə: İqtisadiyyat Nazirliyi
Müqayisə üçün deyək ki, Pakistanla Azərbaycanın ticarət dövriyyəsi 2024-cü ildə 22 milyon dollar, Pakistana olan ixrac isə cəmi 196 min dollar olub ki, bu da Hindistanla olan göstəricilərdən müvafiq olaraq, 43 dəfə və 3.744 dəfə az deməkdir. Eyni zamanda, rəsmi məlumatlardan göründüyü kimi, son 3 ildə Azərbaycanın Hindistana ixracı idaxlından 3-8 dəfə çoxdur. Yəni ticarət əlaqələrində hər hansı problem və ya məhdudiyyətin yaranacağı halda Azərbaycanın iqtisadi itkiləri daha böyük olacaq.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Aydın Hüseynovun səsləndirdiyi iddia əsasən yanlışdır.