“TV Musavat” Youtube kanalında yayımlanan “Gərgin Debat” proqramında (dəqiqə 53:41) Milli Məclisin deputatı Elman Nəsirov iddia edib ki, Azərbaycanın ÜDM-nin formalaşmasında neft-qaz və qeyri neft-qaz sektorlarının nisbəti 51-49 faizdir.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bunun da 63,1%-i qeyri neft-qaz sektorunun payına düşüb. 2024-cü ildə isə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 68%-i qeyri-neft-qaz sektorunun payına düşüb.
Beləliklə, son iki ildə ÜDM-də qeyri neft-qaz sektorunun payı 63,1 və 68 faiz olub.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia yanlışdır.