logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Zahid Orucun yanlış açıqlaması: 1994-cü ildə dünya üzrə qaçqınların ümumi sayı 27 milyon nəfər idi

Zahid Orucun yanlış açıqlaması: 1994-cü ildə dünya üzrə qaçqınların ümumi sayı 27 milyon nəfər idi

Xəbərin qısa icmalı

Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc iddia edib ki, 1994-cü ildə dünya üzrə qaçqınların ümumi sayı 27 milyon nəfər təşkil edib.

- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 1994-cü ilin sonlarında dünyada qaçqınların ümumi sayı 15.7 milyon nəfər olub. Həmin dövrdə UNHCR-in himayəsində olan qaçqınlar, ölkə daxilində didərgin düşmüş şəxslər (məcburi köçkünlər), geri qayıdanlar və sığınacaq axtaranlar təxminən 27 milyon nəfər təşkil edirdi. Lakin bu rəqəm yalnız qaçqınlara aid deyil, daha geniş əhali qrupunu əhatə edirdi.

Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc iddia edib ki, 1994-cü ildə dünya üzrə qaçqınların ümumi sayı 27 milyon nəfər təşkil edib: 

1994-cü ildə 1-ci Qarabağ müharibəsi başa çatanda dünyada qaçqınların sayı 27 milyon nəfər olub”-deyə o, Milli Məclisdə bildirib.

Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

İlk dəfə 1951-ci ildə qaçqın anlayışını təsbit edən Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyasına görə, qaçqın – "öz ölkəsində irqinə, dininə, milliyyətinə, müəyyən bir sosial qrupa mənsubiyyətinə və ya siyasi baxışlarına görə təqib olunmaq qorxusu ilə ölkəsini tərk etmiş və geri qayıtmaq imkanına malik olmayan və ya qorxduğuna görə qayıtmaq istəməyən şəxsdir."

Bu tərifə əsasən, qaçqınlar müharibədən, silahlı münaqişədən, təqib, zorakılıq, diskriminasiya və ya repressiyadan, insan hüquqlarının kobud pozuntularından qorunmaq üçün ölkələrini tərk etmiş şəxslərdir. Qaçqın statusu yalnız ölkə sərhədini keçən şəxslərə verilir.  

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 1994-cü ilin sonlarında dünyada qaçqınların ümumi sayı 15.7 milyon nəfər olub. Həmin dövrdə UNHCR-in himayəsində olan qaçqınlar, ölkə daxilində didərgin düşmüş şəxslər (məcburi köçkünlər), geri qayıdanlar və sığınacaq axtaranlar təxminən 27 milyon nəfər təşkil edirdi. Lakin bu rəqəm yalnız qaçqınlara aid deyil, daha geniş əhali qrupunu əhatə edirdi.

Beləliklə, deputat Zahid Oruc-un istinad etdiyi “27 milyon qaçqın” rəqəmi, əslində, UNHCR-in ümumi himayəsində olan bütün əhali qruplarını əhatə edir. Qaçqınların konkret sayı isə həmin dövrdə təxminən 15.7 milyon nəfər olub.

Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Zahid Orucun iddiası əsasən yanlışdır.

Yanlış
  • 30 İyul, 2025
  • 70

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə